Icma.az
close
up
RU
BDU və İƏT in COMSTECH qurumu arasında əməkdaşlıq əlaqələri qurulur

BDU və İƏT in COMSTECH qurumu arasında əməkdaşlıq əlaqələri qurulur

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Pakistana səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Koordinatoru Məhəmməd İqbal Çoudhari ilə rəsmi görüş keçirilib. Görüş zamanı BDU-nun COMSTECH-lə qarşılıqlı əməkdaşlıq imkanları, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi, üzvlük və birgə proqramların həyata keçirilməsi məsələləri ətraflı müzakirə edilib.

"Unikal" xəbər verir ki, müzakirələrin nəticəsi olaraq, Bakı Dövlət Universiteti ilə COMSTECH arasında anlaşma memorandumu imzalanıb. Bu mühüm sənəd iki qurum arasında elm və texnologiya sahəsində əməkdaşlığı daha da möhkəmləndirmək, birgə tədqiqat layihələrinin icrasını təşviq etmək və BDU-nun beynəlxalq elmi proqramlardan faydalanmasını təmin etmək məqsədi daşıyır. Memorandumun imzalanma mərasimində Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov iştirak edib. Səfir Xəzər Fərhadov bu əməkdaşlığın Azərbaycan və Pakistan arasında elmi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

BDU üçün bu əməkdaşlıq böyük perspektivlər açır. Universitet COMSTECH-in elmi qrant və təqaüdlərindən faydalanmaq, müxtəlif sahələrdə ortaq elmi-tədqiqat işlərinə qoşulmaq imkanı əldə edir. Bu, xüsusilə fundamental və tətbiqi elmlər sahəsində yeni layihələrin reallaşdırılmasına, doktorant və tədqiqatçıların beynəlxalq təcrübə proqramlarında iştirakına şərait yaradacaq.

Cari ilin iyun ayında Bakıda İƏT-in Elm və Texnologiya üzrə Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 29-cu iclası keçiriləcək. Bu tədbir İƏT üzv dövlətlərinin elm və təhsil sahəsində əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı Dövlət Universiteti bu toplantıda aktiv iştirak edərək, elmi-tədqiqat sahəsindəki nailiyyətlərini təqdim edəcək, eyni zamanda üzv ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarını genişləndirmək istiqamətində müzakirələr aparacaq.

Qeyd edək ki, COMSTECH 1981-ci ilin yanvarında Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən İƏT-in üçüncü İslam zirvə toplantısında yaradılıb. Təşkilatın əsas məqsədi İƏT-ə üzv dövlətlər arasında elm və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinə, elmi potensialın artırılmasına və innovativ layihələrin dəstəklənməsinə töhfə verməkdir. COMSTECH-in sədri Pakistanın Prezidenti, həmsədri isə Baş naziridir. Təşkilat elmi biliklərin inkişafına yönəlmiş müxtəlif təqaüd, qrant və layihələr həyata keçirir və üzv ölkələrin alimlərini dəstəkləyir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Mart 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri