Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

BDU və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirildi FOTOLAR

BDU və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirildi FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Dövlət Universiteti (BDU) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş  “Əbədi qəhrəmanlar” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, tariximizin ən qüdrətli səhifələrindən olan Zəfər Günü gələcək nəsillərə vətənpərvərlik və azadlıq uğrunda əbədi mübarizə ruhunu ötürür. Azərbaycan xalqı bu şanlı qələbəni Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin canı-qanı hesabına əldə edib: “Azərbaycanın bugünkü nailiyyətlərinin, şanlı qələbəmizin təməlində əsası 1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqımızın ən böyük taleyüklü məsələsi birdəfəlik həllini tapdı. Ölkə başçısı tərəfindən 21 il öncə müəyyən olunmuş bütün vəzifələr uğurla icra edildi”. 
Rektor diqqətə çatdırıb ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı, o, böyük itkilər verərək geri çəkilməyə məcbur oldu: “Rəşadətli Azərbaycan ordusu döyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın azad olunması ilə qəhrəman Ordumuz düşməni böyük məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu. Ötən iin sentyabrında keçirilən antiterror əməliyyatları ilə isə suverenliyimiz bərpa olundu, əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli bayrağımız əbədi ucaldıldı. Azərbaycan Vətən müharibəsi ilə bütün dünyaya cəsarətli və ədalətli müharibə aparmağın örnəyini göstərdi. 44 gün ərzində informasiya cəbhəsində də mübarizə aparan möhtərəm Prezidentimiz xalqımızın haqlı mövqeyni bütün dünyaya çatdırmağa nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, “Bu qələbə xalqımızın tarixində qazanılmış ən böyük qələbə, ən uca zəfərdir””. 

Türkiyənin Üsküdar Universitetinin rektoru Nazife Güngör Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Türkiyə və Azərbaycan ərazi bütövlüyü uğrunda oxşar mücadilə aparıb, şəhidlər verib. 

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant, “Murov qartalı” Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxışında Vətən yolunda canından keçən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib və  bu cür tədbirlərin təşkilinin qəhrəmanlarımızın tanıdılması və onların xatirələrinin əbədiləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. 

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Vətən müharibəsi şəhidi, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin şəhid məzunu Ataməli Musaoğlunun anası Leyla Musayeva, şəhid polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı, BDU-nun Filologiya fakültəsinin ikinci kurs tələbəsi Nigar Ağamalıyeva, İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı çıxışlarında şəhidlərimizin döyüş yolundan bəhs edib, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildiriblər. Çıxışçılar gəncləri Vətən uğrunda vuruşan, şəhid olan qəhrəmanlardan öyrənməyə, onların ənənələrini yaşatmağa çağırıblar.

Sonra bəstəkar Eyvaz Həşimovun rəhbərliyi altında “Hicaz” qrupunun çıxışı olub. Kompozisiyanın təqdimatında musiqiçilər Nahidə Eminova, Fuad Eminov, Niyaməddin Allahverdiyev, Elnur Hüseynov, Azad Yusubov və rejissor Abdulqəni Əliyev iştirak ediblər. Şəhid övladlarından ibarət xor qrupunun ifasında “Qəhrəman övladıyıq” mahnısı ifa olunub. Mahnının bəstəsi və sözləri şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə professor Könül Hüseynovaya aiddir. 

Tədbirin sonunda isə BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin əməkdaşlarının hazırladıqları bədii proqram təqdim olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Noyabr 2024 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri