Icma.az
close
up
RU
BDUda arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır AZƏRTAC

BDUda arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş direktoru Fərhad Quliyev, Yaponiyanın Sapporo Tibb Universitetinin Tibb Elmləri Məktəbinin professoru Hirofumi Matsumura, Türkiyənin Hacettepe Universitetinin Antropologiya bölümünün rəhbəri Yılmaz Selim Erdalla görüşüb.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Görüşdə BDU ilə birgə müştərək laboratoriyanın, müvafiq struktur bölmənin yaradılması, onların arxeologiya sahəsi üzrə geniş tədqiqatlara imkan verən maddi-texniki cihaz və avadanlıqlarla təmin edilməsi, tələbələrin çöl ekspedisiyalarının genişləndirilməsi, Qarabağda arxeoloji tədqiqatlarda birgə iştirak kimi məsələlər müzakirə olunub.

Görüşdə qeyd olunub ki, BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizi istiqamətində işlərə başlanılması planlaşdırılır. Bu təşəbbüs qədim insanların genetik irsinin, miqrasiyalarının və həyat tərzinin öyrənilməsi ilə yanaşı, Azərbaycanın zəngin tarixi və mədəni irsinin daha dərindən araşdırılmasına töhfə verəcək.

BDU-da qurulacaq müasir laboratoriya və mövcud elmi potensial bu sahədə beynəlxalq standartlara uyğun tədqiqatların aparılmasına imkan yaradacaq. Xüsusi metodologiyalar əsasında sümük və diş nümunələrindən DNT çıxarılması, mitoxondrial DNT və tam genom analizləri həyata keçiriləcək. Bu tədqiqatlar qədim miqrasiyalar, genetik xəstəliklər və mədəni əlaqələr barədə yeni elmi məlumatlar əldə etməyə şərait yaradacaq. BDU bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməyi və tədqiqat nəticələrini qlobal elmi ictimaiyyətlə paylaşmağı hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri