Icma.az
close
up
RU
BDUnun 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı: “Ekvatordan qütblərə” AZƏRTAC

BDUnun 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı: “Ekvatordan qütblərə” AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 10 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Coğrafiya fakültəsinin təqdimatı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən rektor Elçin Babayev Coğrafiya fakültəsinin tarixinə nəzər salıb. “Bu il BDU-nun 105, Coğrafiya fakültəsinin isə 80 illik yubileyini qeyd edirik. Fakültə fəaliyyəti boyu qeyd edilən istiqamətdə peşəkar kadr potensialının artırılmasında əvəzsiz xidmətlər göstərib. Coğrafiya fakültəsi 1400 nəfərə yaxın tələbə sayı ilə universitetin böyük fakültələrindən biridir. Burada tədris olunan ixtisasların hər biri müasir dövrün tələbləri ilə uzlaşır və Yer haqqında elmlərin hamısını əhatə edir. Coğrafiyaçılarımızın sırasında kifayət qədər məşhur şəxslər olub, onların hər biri özləri ilə ölkənin elm, təhsil tarixinin bir hissəsini daşıyan böyük insanlardır”.

Daha sonra Coğrafiya fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov fakültənin inkişaf yoluna nəzər salıb, ölkədə coğrafiyanın müxtəlif istiqamətləri üzrə peşəkar kadrların yetişməsində baza rolunu oynadığını bildirib. Qeyd edib ki, fakültədə coğrafiya, coğrafiya müəllimliyi ixtisasları ilə yanaşı, geomatika və geodeziya mühəndisliyi, turizm işinin təşkili, davamlı inkişafın idarə edilməsi və hidrometeorologiya ixtisasları sahəsində kadr hazırlığı həyata keçirilir. Hazırda əmək bazarında bu ixtisaslara ehtiyac böyükdür. Fakültədə bakalavriat səviyyəsində 6 ixtisas, magistraturada 19 ixtisaslaşma üzrə kadr hazırlığı aparılır. Doktoranturada isə 8 ixtisas üzrə fəlsəfə doktorları hazırlanır.

Fakültənin məzunu, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, ali təhsil müəssisələrinin flaqmanı olan BDU Azərbaycanın elm-təhsil, ictimai həyatında, milli düşüncənin formalaşmasında mühüm rol oynayıb. O, universitetin hər bir tələbəsi və məzununun BDU ilə fəxr etdiyini qeyd edib, tələbə və professor-müəllim heyətinə uğurlar arzulayıb.

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov, fakültənin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri Aydın İbrahimov çıxışlarında Coğrafiya fakültəsinin milli kadr hazırlığında oynadığı roldan danışıblar.

Tədbir fakültə əməkdaşlarının və tələbələrin ifasında bədii hissə ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri