Icma.az
close
up
RU
BDUnun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı olub AZƏRTAC

BDUnun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı olub AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən rektor Elçin Babayev Fizika fakültəsinin əsasının universitetin təsis edildiyi vaxtdan - 1919-cu ildə Tibb fakültəsinin nəzdində Fizika kafedrasının yaradılması ilə qoyulduğunu deyib. Bildirib ki, Fizika fakültəsinin məzunları arasında görkəmli alimlərlə yanaşı, ölkəmizin inkişafında xüsusi əməyi olan dövlət xadimləri, ərazi bütövlüyümüzün qorunması uğrunda vuruşan qəhrəmanlarımız və şəhidlərimiz var. Qeyd olunub ki, Nobel mükafatı laureatı Lev Landau Fizika fakültəsində təhsil alıb.

Hazırda fakültədə 1191 tələbənin təhsil aldığını deyən rektor ən yüksək nəticə əldə edərək Fizika fakültəsinə qəbul olunan 4 tələbəni də təqdim edib.

Sonra fakültənin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Dekan Bəxtiyar Paşayev bildirib ki, rəhbəri olduğu Fizika fakültəsində fundamental təhsil verilir və dünya səviyyəli elmi tədqiqatlar aparılır. Fakültə böyük elmi-texnoloji və kadr potensialına, elmin və texnologiyanın müxtəlif istiqamətlərində məqsədli kadr hazırlığını həyata keçirmək imkanlarına malikdir. Fizika fakültəsində əldə edilən bilik və bacarıqlar, qazanılan keyfiyyətlər fakültə məzunlarının müxtəlif sahələrdə fundamental və tətbiqi elm, yüksək texnologiyalı istehsalat və informasiya sistemləri sahələrində, dövlət idarəetmə orqanlarında, sənaye və maliyyə qurumlarında uğurla çalışmalarına zəmin yaradıb.

Optika və molekulyar fizika kafedrasının məsləhətçi professoru Niftalı Qocayev fakültənin ölkədə fizika elminin inkişafına verdiyi töhfələrdən söz açıb. Fizika fakültəsinin bugünkü uğurlarına səbəb olan alimlərin hər zaman xatırlanacağını deyib.

Daha sonra fakültənin şəhid məzunu Şəhriyar Həbiblinin anası Təranə Həbibli oğlunun tələbəlik illərindən bəhs edib, xatirələrini bölüşüb.

Tədbir fakültənin müəllim və tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri