Icma.az
close
up
RU
BDUnun 105 illik yubileyi çərçivəsində Sosial elmlər və psixologiya fakültəsinin təqdimatı olub

BDUnun 105 illik yubileyi çərçivəsində Sosial elmlər və psixologiya fakültəsinin təqdimatı olub

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Sosial elmlər və psixologiya fakültəsinin təqdimatı keçirilib.

BDU-dan bildirilib ki, tədbirdə rektor Elçin Babayev yubiley çərçivəsində keçirilən belə təqdimatların tələbələrin təhsil aldıqları fakültələrin tarixi, korifey alimləri haqqında məlumat almağına xidmət etdiyini söyləyib. Rektor deyib: “Sosial elmlər və psixologiya fakültəsi sosial inkişafımız üçün önəmli istiqamətlər üzrə mütəxəssislər hazırlayır. Hazırda fakültədə 1750 tələbə təhsil alır. BDU-da təhsil alan əcnəbi tələbələrin böyük bir hissəsi Sosial elmlər və psixologiya fakültəsinin payına düşür. Azərbaycanda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq məhz BDU-da Psixoloji yardım sektoru yaradılıb. Universitet əməkdaşlarının və tələbələrin peşəkar şəxsi inkişafı və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qoruyub saxlamaq və gücləndirmək, tələbələrin öz qabiliyyətlərinin fərqinə varmasına yardımçı olmaq məqsədilə yaradılan sektor bu gün fakültə ilə birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərir”.

Dekan Rövşən Cavadov bildirib ki, rəhbəri olduğu Sosial elmlər və psixologiya fakültəsində 8 kafedrada 6 ixtisas üzrə tədris aparılır. Hər bir kafedra bir neçə istiqamətdə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olur. Bu tədqiqatların nəticələri həm ölkədaxili, həm də beynəlxalq səviyyəli tədbirlərdə, əməkdaşların məqalə və tezislərində öz əksini tapır. Fakültədə 79 əcnəbi tələbə və magistrant təhsil alır. Təhsilin keyfiyyətinin artırılması istiqamətində təlim və treninqlər təşkil edilir, mütəmadi olaraq ustad dərsləri, elmi seminarlar keçirilir.

Sonra Sosial elmlər və psixologiya fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunu olması ilə fəxr etdiyini bildirib. O qeyd edib ki, BDU-da verilən təhsil, aparılan müzakirələr, burada formalaşan yumşaq və sərt bacarıqlar tələbələrin həyatlarının sonrakı mərhələsində, karyera quruculuğunda önəmli rol oynayır. O, fakültənin sosial tədqiqatlar istiqamətində də böyük potensiala malik olduğunu bildirib.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri