BDYPİ: Yolun hərəkət hissəsinə məsuliyyətsiz daxil olmaq təkcə qayda pozuntusu deyil, həm də həyatı riskə atmaq deməkdir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 1 noyabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi (BDYPİ) İdarəsi piyadaların və sürücülərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, BDYPİ bir daha piyadalara müraciət edib.
Bildirilib ki, yollarda hər bir hərəkət iştirakçısının davranışı birbaşa təhlükəsizlik mühitinə təsir edir: “Xüsusilə piyadalar üçün bu məsuliyyət daha da böyükdür, çünki onlar yolun ən müdafiəsiz iştirakçılarıdır. Müşahidələr göstərir ki, bəzi hallarda piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmədən, nəqliyyat vasitələri üçün yüksək sürət nəzərdə tutulan yol sahələrini keçməyə cəhd edirlər. Belə addımlar, sözün əsl mənasında, birbaşa ölümə doğru atılan addımlardır”.
Qeyd olunub ki, sürücü yüksək sürətlə hərəkət edərkən, qəfil qarşısına çıxan piyadanı görsə belə, avtomobilin tam dayanması üçün müəyyən məsafəyə ehtiyac duyulur: “Fiziki olaraq belə hallarda qəzanın qarşısının alınması çox vaxt mümkün olmur. Bu səbəbdən, yolun hərəkət hissəsinə məsuliyyətsiz daxil olmaq təkcə qayda pozuntusu deyil, həm də həyatı riskə atmaq deməkdir”.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, yol hərəkəti qaydalarına ciddi yanaşmağı, yalnız piyada keçidləri və işıqforla tənzimlənən yerlərdən istifadə etməyi, eyni zamanda, avtomobil axınının sıx və sürətli olduğu yollarda ehtiyatlı olmağı tövsiyə edir.
Unutmayaq ki, bir anlıq tələskənlik bəzən geri dönüşü olmayan faciəyə gətirib çıxarır”, - deyə müraciətdə qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 01 Noyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















