1,2 milyonluq villa, 19 500 manat maaş iddiası: AYNA sədri niyə susur?
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevlə bağlı yayılan iddialar ətrafında müzakirələr səngimir. Belə ki, bir müddət əvvəl Anar Rzayevin “Akkord” şirkətinin sabiq rəhbəri, hazırda ABŞ-da yaşayan, dövlətə qarşı sərt mövqedə dayanan İlqar Hacıyevin Badamdardakı villasını 1,2 milyona aldığı bildirilirdi. İndi isə 19 min 500 manat maaş aldığı iddiası ilə gündəmə gəlib.
Lakin nə AYNA, nə də Anar Rzayev bu məsələlərlə bağlı açıqlama verir. Qurumun ictimaiyyətlə əlaqələr departamenti də medianın sorğularını cavabsız qoyur.
Bu, vəzifəli şəxsin ictimai rəyə və mətbuata qarşı hörmətsizliyi, eləcə də mövcud qanunları ayaqlamasıdırmı?
Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət deyib ki, istənilən vəzifəli şəxs barəsində yayılan informasiyaya vaxtında aydınlıq gətirməli və mövqe bildirməlidir:
Azər Həsrət
“Bunun üçün jurnalist sorğusunu gözləməyə də ehtiyac yoxdur. Ümumiyyətlə, vəzifəli şəxslərin fəaliyyəti elə qurulmalıdır ki, bütün məlumatlar açıq və əlçatan olsun, iş prosesi tam şəffaf aparılsın. Əgər hansısa vəzifəli şəxs barəsində məlumat yayılır, jurnalistlər aydınlıq gətirmək üçün müraciət edir, lakin həmin şəxs bu sorğulardan yayınırsa, bu, artıq ciddi şübhələr yaradır. Obrazlı desək, bu halda “torbada pişik” olduğu təəssüratı formalaşır”.
Azər Həsrət bu cür vəzifəli şəxsləri media qarşısına çıxıb hesabat verməyə dəvət edib:
“Hesab edirəm ki, bu məsələdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi açıqlıq və kommunikasiya nümunə olmalıdır. Ölkə başçısından örnək alıb, AYNA sədri və onun kimi digər məmurlar da mediadan qaçmamalı, cəmiyyət qarşısında açıq və hesabatlı olmalıdırlar”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 31 Yanvar 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















