Icma.az
close
up
RU
Bəd xəbəri özündən əvvəl gələn avtomobillər: Köçürüləcəyi deyilən maşın bazarında son durum VİDEO

Bəd xəbəri özündən əvvəl gələn avtomobillər: Köçürüləcəyi deyilən maşın bazarında son durum VİDEO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı iddialar yayılıb. Bundan başqa, növbəti ildən hibrid mühərrikli, həmçinin elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarında güzəştlər ləğv olunacaq. Bunun isə indidən qiymət artımına səbəb olduğu bildirilir.
Oxu.Az-ın əməkdaşı hər iki iddianı araşdırmaq üçün Badamdarda yerləşən maşın bazarına yollanıb.
Alıcılar və satıcıların bazarın köçürülməsi məsələsinə münasibəti birmənalı deyil. Onlar bildirirlər ki, Bakıdakı bazarın ləğvi əlavə çətinliklər yaradacaq. Vurğulanır ki, insanların böyük hissəsi Ağdama maşın almağa getməyəcək.
Vətəndaşlar, ekspertlər paytaxtdakı maşın bazarı saxlanılmaqla, paralel olaraq Ağdamda da yeni bazarın açılmasını təklif edirlər. Onlar vurğulayırlar ki, bu, Qarabağda məskunlaşan insanlar üçün də əlavə imkanlar yaradacaq.
Qeyd olunur ki, ölkənin müxtəlif regionlarında bazarların olmasının mənfi tərəfi yoxdur. Lakin bir qrup vətəndaş paytaxtdakı bazarın köçürülməsinin tərəfdarıdır. Onlar bunun Bakıda sıxlığın azalmasına səbəb ola biləcəyini düşünürlər.
Bazar rəhbərliyi isə bildirib ki, sözügedən məsələ ilə bağlı rəsmi məlumat yoxdur. Hansısa yenilik olduqda ictimaiyyətə geniş açıqlama veriləcək.
Avtomobillərin qiymət artımı ilə də bağlı fikirlər fərqlidir. Bir qrup alıcı qiymət artımından, satıcılar isə müştəri azlığından şikayətlənirlər.
Alıcılar və satıcılar qiymət artımını növbəti ildən hibrid mühərrikli və elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarına güzəştlərin ləğv ilə əlaqələndirirlər.
Həmin qərar qüvvəyə minmədən isə artıq bahalaşma başlayıb...
Hətta iddia edilir ki, ölkədə fəaliyyət göstərən rəsmi dilerlər sifarişləri fevral-mart aylarından tez çatdıra bilmədiklərinə görə 5 000 manatadək qiymət artımı var.
Rəsmi dilerlərdən birinin nümayəndəsi isə bu iddianın doğru olmadığını qeyd edib.
Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev hesab edir ki, satış mərkəzləri qiymətləri səbəbsiz yerə artırmır. O bildirib ki, Çin avtomobil zavodlarında və logistika xidmətlərində bahalaşma var və bu da maşınların dəyərinə təsir edir.
Sədr vurğulayıb ki, 2026-cı ildən Çində avtomobillərə tətbiq olunan subsidiyaların müddəti sona çatır. Həmçinin Azərbaycanda da hibrid mühərrik və elektriklə işləyən avtomobillər üçün güzəştlər bitir. Buna görə də il başa çatmamış bir çoxları avtomobil sifarişlər edirlər, bu da sıxlığa səbəb olur və maşınların ölkəyə gəlişi gecikir.
Yekun olaraq, satıcılar, alıcılar və ekspertlər bahalaşmanın qaçılmaz olduğunu qeyd edirlər.
Ətraflı videomaterialda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Dekabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri