Bədavi qol vuranda “Qarabağ” çempion ola bilmir! iki şok fakt
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Misli premyer-liqasında 16-cı tur arxada qaldı, komandalar qış fasiləsinə yollandı. Turnir cədvəlində isə öyrəşmədiyimiz mənzərə var – zirvədə illərin hegemonu “Qarabağ” yox, “Sabah” qərarlaşıb.
“Football-plus.az” xəbər verir ki, “Qarabağ” “qızıl”a həsrət qaldığı, “Neftçi”nin çempion olduğu 2020/21 mövsümündə - yaşadığı hadisələrlə yenidən üz-üzədi. Nə qədər qəribə səslənsə də, biri Bədavi Hüseynovun qol vurmasıdı. Bədavi sonuncu dəfə qol vuranda “Qarabağ” mövsümün sonunda çempionluğu 7 illik hegemonluqdan sonra “Neftçi”yə təhvil vermişdi.
İkinci fakt isə odu ki, ağdamlılar son 5 ildə ilk dəfə qış fasiləsinə lider kimi yollanmır. Ba fakt da sonuncu dəfə 2020/21 mövsümündə yaşanmış və “köhlən atlar” titula həsrət qalmışdılar.
Bu faktları xatırlatmaqla çempionluğun artıq “Sabah”ın əlində olduğunu iddia etmirik. Adamlar kimi, komandalar da taleyin axarını dəyişə bilir.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















