Icma.az
close
up
RU
Bədənimizdə keyləşmə iflic əlamətidir? Əgər bu hiss tez tez təkrarlanırsa və keçmirsə, onda...

Bədənimizdə keyləşmə iflic əlamətidir? Əgər bu hiss tez tez təkrarlanırsa və keçmirsə, onda...

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Hər 5 insandan 3-ü bədənində hiss etdiyi keyləşmədən şikayətlənir. Bu, ilk baxışda adi və keçici bir hal kimi görünsə də, əslində əksəriyyətin gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərən ciddi bir problemdir.

Bəs bədəndə keyləşmələr nədən qaynaqlanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-nevroloq Rəna Abbasova bildirib ki, keyləşmə hissi ümumi və ya lokal xarakter daşıya bilər. Ümumi keyləşmə bədənin bir neçə hissəsində və ya bütövlükdə hiss oluna bilərkən, lokal keyləşmə yalnız müəyyən bir nahiyədə- məsələn, əl, ayaq, barmaq, üz və ya dildə müşahidə oluna bilər:

"Bu hal bəzən ani və keçici xarakter daşıyır, yəni bir neçə dəqiqə və ya saat ərzində keçir. Lakin bəzi hallarda bu keyləşmə uzunmüddətli ola bilər və bu zaman diqqətli olmaq vacibdir".

Onun sözlərinə görə, bu keyləşmə hissi insanlarda narahatlıq, xüsusilə də iflic qorxusu yarada bilər. Lakin bu qorxu hər zaman əsaslı deyil:

"İflic yalnız bir əlamətlə yəni, təkcə keyləşmə ilə baş vermir. O, müxtəlif əlamətlərin cəmi kimi özünü büruzə verir. Məsələn, hərəkət məhdudiyyəti, əzələ zəifliyi, danışıqda çətinlik, üzdə asimmetriya və görmə problemləri iflicin əlamətləri sırasında ola bilər".

Rəna Abbasova: Keyləşmə hissi insanlarda narahatlıq, xüsusilə də iflic qorxusu yarada bilər

Nevroloq qeyd edib ki, əgər keyləşmə hissi tez-tez təkrarlanırsa və keçmirsə, bu, artıq hansısa sağlamlıq probleminin siqnalı ola bilər. Bu zaman vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

R.Abbasova keyləşməyə səbəb olan amillərdəndə bəhs edib. Bildirib ki, keyləşmənin səbəbləri müxtəlif ola bilər:

“Ən çox rast gəlinənlər arasında sinir sıxışması (boyun və bel fəqərələrində), qan dövranı pozğunluqları, B1, B6, B12 kimi vitamin çatışmazlıqları, diabet və buna bağlı olaraq yaranan nevropatiya, multiple skleroz kimi sinir sistemi xəstəlikləri, eləcə də stres və panik ataklar zamanı yaranan psixosomatik reaksiyalar yer alır".

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri