Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Bədii ədəbiyyatda Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti

Bədii ədəbiyyatda Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

AMEA-nın Əsas binasında “Yazıçı-tədqiqatçı Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti” mövzusunda mərasim keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli mərasimi açaraq yazıçı-tədqiqatçı Sadıq Qarayevin yaradıcılığını təhlil edərək, onun Azərbaycançılıq ideyasını yeni fikir müstəvisində məharətlə təqdim etdiyini bildirib. O, yazıçının əsərlərinin Azərbaycançılıq düşüncəsinin və ideologiyasının carçısı kimi, eləcə də  elmi-ədəbi fikrin müasir səviyyəsini əks etdirən dəyərli nümunələr kimi milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətini qeyd edib.

AMEA prezidenti Akademiyanın yalnız elmi istiqamətlərin inkişafı ilə kifayətlənmədiyini, eyni zamanda, bu elm ocağında ictimai maraqların təmin olunması məqsədilə müxtəlif səpkili tədbirlərin də həyata keçirildiyi bildirib. O, AMEA-nın elmi-sosial fəaliyyət istiqamətlərindən biri kimi müxtəlif institut və təşkilatlarda baş tutan təsviri sənət sərgilərini xüsusi qeyd edib. Bildirib ki, hazırda Akademiyanın müxtəlif elmi müəssisələrində çalışan, aralarında fəlsəfə və elmlər doktorlarının da olduğu 28 nəfər əməkdaş təsviri sənətlə məşğul olur. Akademik İsa Həbibbəyli vurğulayıb ki, tarix, ədəbiyyat, informatika, fizika və digər elm sahələrində çalışan bu əməkdaşların əsərlərində yalnız bədii təsvir deyil, həm də yeni fikir, məntiq və dərin düşüncə öz əksini tapır. Burada təkcə ilham deyil, idrak və elmi yanaşma da xüsusi yer tutur.

AMEA rəhbəri ədəbi yaradıcılıq metodlarının ictimai-siyasi sistemlə sıx bağlı olduğunu söyləyərək qeyd edib ki, birpartiyalı sistemlərdə ədəbiyyatın vahid yaradıcılıq metodu mövcud olduğu halda, çoxpartiyalı sistemlərdə müxtəlif yaradıcılıq metodları və fərqli baxışlar formalaşır. O, bu baxımdan Sovet dövrünün ədəbi metodlarının müasir dövrün yaradıcılıq meyillərindən ciddi şəkildə fərqləndiyini vurğulayıb.

Akademik qeyd edib ki, son 30 ildən artıq dövrdə Azərbaycan ədəbiyyatında müxtəlif ədəbi cərəyanları təmsil edən tanınmış simalar meydana çıxmış, bu dövrdə ədəbiyyat və incəsənətdə akademizm adlı yeni bir cərəyan formalaşmağa başlamış və ölkəmizdə bu cərəyanı təmsil edən yazıçı və rəssamlar yetişmişdir.

 “Yazıçı-tədqiqatçı Sadıq Qarayev Azərbaycan ədəbiyyatında akademizm ədəbi cərəyanını görkəmli nümayəndələrindən biridir”, – deyən AMEA prezidenti qeyd edib ki, bu cərəyanın nümayəndələrindən yalnız bədiilik deyil, həm də aydın ziyalı mövqeyi tələb olunur. Bu zaman bədii düşüncə ilə yanaşı, problemə elmi baxış da ortaya qoyulmalı və bu iki istiqamət arasında balans qorunmalıdır. 

Onun sözlərinə görə, Sadıq Qarayevin həm elmi-fəlsəfi, həm də bədii üslubda qələmə aldığı əsərlər müasir Azərbaycan ədəbiyyatı və ictimai fikri üçün mühüm önəm daşıyır.

Akademik İsa Həbibbəyli yazıçının əsərlərinin dövlətçilik ideologiyasını hərtərəfli, zəngin və əsaslı şəkildə təqdim edən etibarlı mənbələr olduğunu qeyd edib. Vurğulayıb ki, Sadıq Qarayevin yaradıcılığında Azərbaycançılıq ideyası, dövlətçilik düşüncəsi, milli qürur və Zəfər ruhu həm bədii, həm də elmi aspektlərdə dolğun şəkildə öz əksini tapır.

Çıxışının sonunda AMEA prezidenti yaradıcı üslubu ilə seçilən Sadıq Qarayevin müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb, ədibə gələcək  fəaliyyətində uğurlar arzulayıb. O, yazıçının əsərlərində milli və bəşəri dəyərlərin özünəməxsus tərzdə əks olunduğunu, Azərbaycançılıq ruhu və şüuruna dair mülahizələrin ustalıqla qələmə alındığını söyləyib. 

Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə elmi biliklərini bədii yaradıcılığı vasitəsilə ictimaiyyətə çatdıran Sadıq Qarayevin irsini fəlsəfi aspektlərdən dəyərləndirib. Qeyd edib ki, Azərbaycançılıq məfkurəsinin bütün faktları onun əsərlərində sujet və xırdalığı ilə elmi və bədii sintez təşkil edir.

Professor İlham Məmmədzadə yazıçının müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış əsərləri ilə seçildiyini vurğulayıb. O, Sadıq Qarayevin elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən müxtəlif janrlı əsərlərini dəyərli nəsr nümunələri kimi yüksək qiymətləndirib, ədibə yeni yaradıcılıq uğurları arzulayıb. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq, dövlətçilik və zəfər ruhunun təqdim olunduğunu söyləyib, onun vətənpərvər ziyalı kimi öz mövqeyini açıq şəkildə və cəsarətlə ortaya qoyduğunu bildirib.

Ceyhun Məmmədov tarixə nəzər salaraq Azərbaycan xalqının uzun illər boyu xarici təzyiq və düşmənçilik siyasəti ilə üzləşdiyini qeyd edib. Tarixi kontekstdən baxdıqda Azərbaycanın böyük strateji qələbə qazandığını deyən millət vəkili bu qələbənin geosiyasi, iqtisadi nəticələrinin bütün parametrləri ilə yeni bir mərhələnin əsasını qoyduğunu vurğulayıb.

O, tarixi keçmişimizin unudulmaması və gələcəkdə eyni faciələrin təkrar yaşanmaması üçün ideoloji təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd edib, bu istiqamətdə daha çox əsərlərin yazılmasının, kitab və monoqrafiyaların ərsəyə gəlməsinin önəmini bildirib.

“Bu gün dünyada baş verən proseslər ideoloji təhlükəsizliyin önəmini daha da artırır”, - deyən Ceyhun Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı parlaq çıxışında və  yerli televiziya kanallarına müsahibəsində ideoloji məsələlərə çox geniş formada toxunduğunu söyləyib. Vurğulayıb ki, dövlət başçısının milli-mənəvi dəyərlərin, xüsusilə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışları cənab Prezidentin öz xalqının tarixinə və kimliyinə olan dərin bağlılığının təzahürüdür.

Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Sadıq Qarayevin ədəbi yaradıcılıqla yanaşı, ölkənin ictimai-siyasi həyatında da hər zaman fəal iştirak etdiyini bildirib. O, Azərbaycançılıq ideallarının dövlətçiliyimizin möhkəmlənməsində, qələbələrimizdə rolundan bəhs edərək, Zəfərlərimizin gələcək nəsillərə və dünya xalqlarına çatdırılmasında bədii ədəbiyyatın rolunu xüsusi qeyd edib.

Bəxtiyar Nəbiyev  qeyd edib ki, Azərbaycançılıq ideologiyası müasir Azərbaycanın ideoloji sütunudur. Ulu öndər Heydər Əliyevin banisi olduğu bu ideologiya Prezident İlham Əliyevin müdrik və uzaqgörən fəaliyyətində dövlətə hörmət, Vətənə məhəbbət prinsipinə söykənir.

Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün dünyada qalib dövlət, xalqımızın isə məğrur xalq kimi tanındığını söyləyən Bəxtiyar Nəbiyev İkinci Qarabağ müharibəsində qazanılan Qələbənin Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin mühüm hadisəsi olduğunu vurğulayıb. O, ideoloji təxribatlara qarşı mübarizənin yeni dövrün çağırışlarına uyğun aparılmasının önəmini qeyd edərək, bu mənada ziyalıların öhdəsinə böyük məsuliyyətin düşdüyünü deyib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, həmin institutun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Yaşar Qasımbəyli və başqaları çıxış edərək Sadıq Qarayevin yaradıcılığını yüksək qiymətləndirib, onun müxtəlif janrlarda yazılmış əsərlərinin elmi əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda vətənpərvər yazıçı, alim və ictimai xadim olan Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və ideyasının əsas tutulduğu vurğulanıb. 

Sonda yazıçı, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq  Qarayev  çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri