Icma.az
close
up
RU
Yasamal rayonunda “Azərbaycançılıq məfkurəsi və zəfərin vəhdəti” adlı tədbir keçirilib

Yasamal rayonunda “Azərbaycançılıq məfkurəsi və zəfərin vəhdəti” adlı tədbir keçirilib

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal Rayon Təşkilatında alim-yazıçı Sadıq Qarayevin əsərlərində “Azərbaycançılıq məfkurəsi və zəfərin vəhdəti” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, AMEA Azad Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Sənan Həsənov, Azərbaycanın məşhur milyonçusu və xeyriyyəçisi Ağamusa Nağıyevin nəvəsi, Milli Dəyərlərin Qorunması ictimai birliyinin sədri Dilarə Muxtarova, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdirləri, əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrundan canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ilk öncə “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətçiliyinin keyfiyyətcə yeni mərhələyə keçidini ifadə edən mühüm siyasi-hüquqi hadisə kimi dəyərləndirilir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti, yaratdığı hüquqi əsaslar və 1995-ci ildə Konstitusiyanın qəbul olunması müasir Azərbaycanın inkişafının möhkəm təməlini formalaşdırdı. Bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi altında daha da zənginləşdirilərək əldə olunan Zəfərlər, suverenliyin tam bərpası, dövlət idarəçiliyinin modernləşdirilməsi və milli maraqların qətiyyətlə qorunması ilə yeni məzmun qazandı. Bu il ərzində həyata keçirilən institusional islahatlar hüquqi dövlət prinsipinin gücləndirilməsinə, idarəetmədə səmərəliliyin artmasına və dövlət-vətəndaş münasibətlərində şəffaflığın genişlənməsinə ciddi töhfə verir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışına davam edərək yazıçı-alim Sadıq Qarayevin yaradıcılıq yolu, elmi fəaliyyəti barədə tədbir içtirakçılarına məlumat verib, həm elmi-fəlsəfi, həm də bədii üslubda yazdığı kitablar haqqında fikirlərini bölüşüb. Onun yazıçı, alim və ictimai xadim olaraq vətənpərvər fəaliyyəti ilə tanındığını, əsərlərində azərbaycançılıq məfkurəsi və ideyasını əsas tutaraq, azərbaycançı düşüncəni təbliğ etdiyini deyib, bir yazıçı kimi mövqeyinin mahiyyətini milli mənafe, ölkə maraqları və bəşəri dəyərlərin təşkil etdiyini vurğulayıb. Bəxtiyar Nəbiyev Sadıq Qarayevin müəllifi olduğu “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının adlarını qeyd edib, onların ümumi xülasəsini xarakterizə edib.

Tədbirdə çıxış edən Azərbaycanın məşhur milyonçusu və xeyriyyəçisi Ağamusa Nağıyevin nəvəsi, Milli Dəyərlərin Qorunması ictimai birliyinin sədri Dilarə Muxtarova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli, AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, ərazi partiya təşkilatının sədri Mərziyyə Nəcəfova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov, Kredo qəzetinin baş redaktoru Əlirza Xələfli, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Solmaz Sadıqova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, ərazi partiya təşkilatının sədri Şölət Zeynalov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Zeynəddin Şabanov Azərbaycançılıq ideologiyasının mahiyyətindən danışaraq bildiriblər ki, bu məfkurə təkcə milli-mənəvi dəyərlərin qorunması deyil, eyni zamanda milli kimliyə və dövlətə bağlılığın fəxrlə ifadəsidir. Yazıçı-alimin kitabları isə dövlətçilik ideologiyasını hərtərəfli, zəngin və əsaslı təqdim edən etibarlı mənbələrdir. Qeyd olunub ki, Sadıq Qarayevin əsərlərində azərbaycançılıq, dövlətçilik, milli qürur və zəfər ruhun bədii, elmi aspektlərdən təqdim olunub. Bu əsərlərə nəinki ədəbiyyatçılar, eyni zamanda tarixçilər, filosoflar, dilçi alimlər müraciət edib, araşdırma və yeni tədqiqat işləri hazırlaya bilərlər.

Sonda çıxış edən yazıçı-alim Sadıq Qarayev qeyd edib ki, Azərbaycançılıq məfkurəsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli ideologiyanın əsas sütunu kimi xalqımızı bir amal ətrafında birləşdirib. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik strategiyası Zəfərin təməlini qoyaraq milli ruhun gücünü tarixi reallığa çevirib. Müzəffər Ali Baş Komandan. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Azərbaycançılığın həm ideya, həm də əməli qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu məfkurə ilə tarixi qələbəmizin vəhdəti müasir Azərbaycanın dayanıqlı inkişaf yolunu müəyyənləşdirir. Sonra əsərlərinin ərsəyə gəlməsindən bəhs edən Sadıq Qarayev təqdimat mərasimin baş tutmasına görə YAP Yasamal rayon təşkilatına və kollektivinə öz minnətdarlığını ifadə edib.

Çıxışlardan sonra fəxri fərman, hədiyyə və bir qrup gəncə sertifikatlar təqdim edilib. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri