Bədii gimnastika üzrə Avropa Kubokunda komanda hesabında qaliblər bəlli olub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 3 may, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda növbəti mükafatçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, gənclər arasında komanda hesabında dörd hərəkətin cəminə əsasən 97.750 xal toplayan Bolqarıstan təmsilçiləri qızıl medal qazanıblar.
İtaliya 97.250 xalla gümüş, İsrail 96.800 xalla bürünc mükafata sahib çıxıb.
Azərbaycan gimnastları isə 94.200 xalla altıncı yeri tutublar.
Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə mayın 4-də yekun vurulacaq.

Azərbaycanın qrup hərəkətləri komandası bədii gimnastika üzrə Avropa Kubokunda iki medal qazanıb
04 May 2025 20:30
Cüdoçularımız Avropa Kubokunda komanda hesabında birinci yeri tutdular
25 Noyabr 2024 00:36
Bodibildinq üzrə Azərbaycan kubokunda QALİBLƏR
28 Aprel 2025 15:18
Bədii gimnastlarımız Avropa Kubokunda iştirak edəcəklər
14 May 2025 15:26
Bədii gimnastika üzrə Avropa kubokunun püşkü atılıb
12 May 2025 18:49

