Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Bədxah çevrələrə tutarlı cavab: Bakı və Tehran münasibətləri yeni müstəvidə

Bədxah çevrələrə tutarlı cavab: Bakı və Tehran münasibətləri yeni müstəvidə

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlərdə Azərbaycan ilə İran İslam Respublikası arasında diplomatik münasibətlərdə müşahidə olunan müsbət dinamika, iki ölkə rəhbərliyinin qarşılıqlı etimada söykənən siyasi iradəsi regional təhlükəsizlik və əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Tarixi, coğrafi və mədəni bağlarla bir-birinə bağlanan Bakı və Tehran arasında formalaşan xoşqonşuluq münasibətləri, xüsusilə çətin və böhranlı məqamlarda sınaqdan çıxaraq real müstəvidə öz təsdiqini tapır. Liderlər səviyyəsində səsləndirilən səmimi və konstruktiv bəyanatlar iki dövlət arasında əlaqələrin inkişafına güclü təkan verməklə yanaşı, regional münasibətləri korlamağa cəhd edən anti-Azərbaycan və bədxah çevrələrə də tutarlı diplomatik cavabdır.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın müharibə dövründə Tehrana göstərdiyi əhəmiyyətli dəstəyi açıq şəkildə və konkret faktlarla etiraf etməsi təqdirəlayiq haldır:

"İran dövlət başçısının "biz zəng edib danışdıq və iki saat sonra yollar, bank və səfirlik fəaliyyətini bərpa etdi" fikri yalnız diplomatik nəzakət deyil, Azərbaycan dövlətinin böhran vəziyyətlərində necə operativ, çevik və hüquqi çərçivədə qərar qəbul etdiyini göstərən bariz nümunədir. Prezident Pezeşkian əslində Bakının böhran şəraitində İrana açıq logistika, kommunikasiya və humanitar dəstək imkanları yaratdığını ictimaiyyət qarşısında aydın şəkildə vurğuladı. Bu açıqlamaların digər strateji tərəfi Azərbaycanın regional nəqliyyat və loqistika xəritəsində artan çəkisini bir daha nümayiş etdirməsidir. İran Prezidentinin Rusiyadan gələn tədarüklər daxil olmaqla, Azərbaycan ərazisindən keçən təchizat marşrutlarının roluna toxunması Bakının təkcə ikitərəfli deyil, ümumregional bağlantıların qorunmasındakı əvəzsiz yerini göstərir". 

K.Bayramov vurğulayıb ki, dövlətlərarası münasibətlərin ən etibarlı təməli xalqların çətin məqamlarda nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı dəstəkdir:

"Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianın xoş sözlərinə cavab olaraq bildirildiyi "Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar" fikri xarici siyasətimizin fəlsəfəsini tam dəqiqliyi ilə əks etdirir. Bu bəyanat rəsmi Bakının qonşuluq siyasətini yalnız anlıq siyasi maraqlar üzərində deyil, əsrlərə söykənən tarixi, mədəni və cəmiyyətlərarası mənəvi bağlar üzərində qurduğunu bir daha təsdiqləyir. Regional gərginliklər və hərbi əməliyyatlar fonunda ölkəmizin minlərlə xarici vətəndaşın İrandan təhlükəsiz təxliyəsinə şərait yaratması, eyni zamanda İran vətəndaşlarının öz evlərinə rahat dönməsi üçün operativ logistik dəstək verməsi Bakının beynəlxalq humanitar hüquqa və regional sabitliyə sadiqliyinin əyani göstəricisidir. Dövlət maraqları ilə humanitar prinsiplərin bu cür vəhdəti Azərbaycanın regionda etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da möhkəmləndirir.

İki ölkə rəhbərinin son bəyanatları ümumilikdə təhlil edildikdə, Bakı ilə Tehran arasında keyfiyyətcə yeni mərhələyə qədəm qoyan ali səviyyəli siyasi dialoqun və qarşılıqlı etimadın aydın mənzərəsi ortaya çıxır. Bu mesajlar sadəcə ikitərəfli diplomatik təmasların deyil, bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq qovşağında formalaşan yeni regional təhlükəsizlik sisteminin mühüm tərkib hissəsidir. Bir tərəfdən İranın Azərbaycan tərəfindən böhranlı anlarda göstərilən dəstəyi ən yüksək tribunadan etiraf etməsi, digər tərəfdən rəsmi Bakının öz addımlarını xoşqonşuluq, humanitar diplomatiya və regional sabitlik kontekstində təqdim etməsi tərəflərin geostrateji baxışlarının üst-üstə düşdüyünü nümayiş etdirir. Azərbaycanın xarici siyasət strategiyasında qonşu dövlətlərin daxili sabitliyi və rifahı ümumregional təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu konseptual xətt regionda davamlı sülhün və proqnozlaşdırılan mühitin zəmanətçisidir. Vaxtilə İranın Ali Dini Liderinin vəfatı zamanı dövlət başçımızın İranın Bakıdakı səfirliyini şəxsən ziyarət edərək başsağlığı verməsi də iki ölkə arasındakı diplomatik etiketdən üstün olan mənəvi hörmətin və səmimi qonşuluq dəyərlərinin bariz təzahürüdür. Ən mühüm strateji nəticə ondan ibarətdir ki, liderlər səviyyəsində qurulan birbaşa və dürüst dialoq platforması ehtimal olunan fikir ayrılıqlarını operativ şəkildə neytrallaşdıran, diplomatik riskləri idarə edən ən effektiv mexanizm kimi özünü doğruldub. Müxtəlif geosiyasi təzyiqlərə və anti-Azərbaycan çevrələrin süni manipulyasiya cəhdlərinə baxmayaraq, qarşılıqlı bəyanatlarla möhkəmlənən bu “siyasi və mənəvi resurs” Bakı-Tehran münasibətlərinin həm bu günün reallıqlarında, həm də gələcək perspektivdə sarsılmaz fundament üzərində inkişaf edəcəyini qətiyyətlə şərtləndirir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Avqust 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri