Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Rusiyadan miqrantları üzən QƏRAR

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

BƏƏ də bu il Ailə ili elan edilib

BƏƏ də bu il Ailə ili elan edilib

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişlərinə əsasən, bu il "Ailə ili" elan edilib.

Bu barədə BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.

Ölkəsinin 2026-cı il üçün vizyonu haqqında danışan diplomat deyd edib ki, dövlət başçısı Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişlərinə əsasən, bu il "Ailə ili" elan edilib, çünki ailə cəmiyyətin möhkəm və birləşmiş şəkildə qurulmasının əsas dayağıdır:

"Belə ki, 1971-ci ildə dövlət yaradıldığından bəri, ailə rəhbərliyin əsas diqqət mərkəzi və prioriteti olub. Buna görə də, BƏƏ Konstitutsiyası maddələrində ailənin hüquqlarının qorunması, onun müdafiəsi və himayəsi məsələlərinə xüsusi önəm verib. Bu, Qurucu Ata Şeyx Zayed bin Sultan Əl Nəhyanın "Ailə istənilən güclü cəmiyyətin təməlidir" dediyi ölməz kəlamından aydın olur. Bu sözlər Birləşmiş Ərəb Əmirliklərinin tərəqqisinin və inkişaf yolunun əsasını əks etdirir. Heç bir sivilizasiya möhkəm bir ailə üzərində qurulmadan inkişaf edə bilməz və heç bir vətən, dəyərlərinə, adətlərinə və mədəniyyətinə sahib çıxan maarifli bir cəmiyyət olmadan çiçəklənə bilməz.
Ötən illərin təşəbbüsləri dövlətin regional və qlobal səviyyədə lider mövqeyini möhkəmləndirib. Lakin bu ilin təşəbbüsü, Əmirlik cəmiyyətinin ilkin və əsas özəyi ilə bağlı olduğuna görə, misilsiz əhəmiyyət kəsb edir. Bu, bütövlükdə cəmiyyətin nailiyyətlərini gücləndirmək və onların əsasında ölkədə ailənin dəstəklənməsi ilə bağlı hədəflərin həyata keçirilməsinə nail olmaq üçün təsis edilmiş milli strateji baza üzərində qurulub".
Bu prinsip “Əmirlik Ailələrinin İnkişafı üzrə 2031-ci ilə qədər Milli Gündəlikdə” təcəssüm olunur. Həmçinin ailənin, Əmirlik cəmiyyətini səciyyələndirən əməkdaşlıq, ünsiyyət və qarşılıqlı həmrəylik kimi köklü dəyərlərin aşılanmasındakı rolu və bu dəyərlərin davamlılığının qorunması məqsədilə onların gələcək nəsillərə ötürülməsi də nəzərdə tutulur. BƏƏ və onun müdrik rəhbərliyi öz görkəmli təşəbbüslərinin müsbət nəticələrinin davamlılığını təmin etməyə xüsusi diqqət yetirir. Bu ilki “Ailə ili” təşəbbüsü onun fəaliyyətinin idarə olunmasını və onu aktivləşdirmək üçün institusional yanaşmanın tətbiqini əhatə edir. Buna görə də, Əmirlikdə Ailə İşləri Nazirliyi, ailənin böyüməsi ilə məşğul olan 20-dən çox federal və yerli hökumət qurumundan ibarət milli işçi qrupu vasitəsilə təşəbbüsü həyata keçirmək üçün bütün müvafiq sektorlarla əməkdaşlıq edir.

Diplomat əlavə edib: Mübarək Ramazan ayı "Ailə İli" təşəbbüsünü gücləndirmək üçün gəldi. Bu ay şəfqət, həmrəylik və ictimai əlaqə dəyərlərinin təzahür etdiyi və ailə bağlarının ruhunu gücləndirdiyi bir aydır. Bu, ailə üzvlərinin gündəlik həyatın məşğuliyyətləri arasında eyni vaxtda — “iftar zamanı” — bir araya gəlməsi üçün fürsətdir. Bu vaxt söhbət etməyə imkan verir, əlaqələri möhkəmləndirir və ailələrdə birlik hissini dərinləşdirir. Bu ay ibadəti, mənəvi dəyərləri və ictimai əlaqələri birləşdirən bir aydır. Bu, hər il təkrarlanan, ailə münasibətlərini sevgi, əməkdaşlıq və hörmət əsasları üzərində yenidən qurmaq üçün dəyərli bir fürsətdir. Onun təsiri xüsusi olaraq ailədə, ümumilikdə isə cəmiyyətdə əks olunur. Ailə İli bizə xatırladır ki, bu gün ailələrimizə göstərdiyimiz qayğı, ünsiyyət və həmrəylik daha güclü bir cəmiyyət, daha firavan bir millət və uşaqlarımızın arzularına layiq bir gələcək yaradacaq".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Mart 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see890

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see384

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see303

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see220

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see212

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see209

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see202

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see202

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see199

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see193

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see189

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see188

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see184

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see181

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see180

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see173

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see170

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see169

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri