BƏƏ nin ABŞ dəki səfiri ölkəsinin OPEC dən çıxma səbəblərini açıqladı
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-i tərk etməsi yalnız kommersiya xarakterli bir addım kimi qiymətləndirilməməlidir".
Moderator.az xəbər verir ki, bu fikirləri BƏƏ-nin ABŞ-dəki diplomatik nümayəndəsi Yusif Əl-Ətayba "Financial Times" nəşri üçün qələmə aldığı məqaləsində ifadə edib.
Səfirin sözlərinə görə, Əbu-Dabinin 60 illik üzvlükdən sonra təşkilatdan ayrılması təkbaşına hasilat kvotaları və ya müharibə zamanı yaranan fasilələrlə əlaqədar deyil. Diplomat vurğulayıb ki, bu qərar dünya enerji bazarlarında baş verən struktur yeniliklərini, qlobal iqtisadiyyatın təməl dəyişikliklərini, habelə BƏƏ-nin mövcud vəziyyəti ilə gələcək hədəflərinin dəqiq analizini nümayiş etdirir.
O, OPEC-in əsasən neftdən asılı dövlətlər üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Əl-Ətayba bildirib ki, BƏƏ artıq bu çərçivədən kənara çıxıb:
"İndi ölkəmizin ümumi daxili məhsulunun (ÜDM) 25 faizindən az bir hissəsi enerji sektoru ilə əlaqəlidir. Süni intellekt, logistika, aviasiya, turizm, yüksək texnologiyalar və biotibbi elmlər hazırda iqtisadiyyatımızın ən dinamik inkişaf edən sahələridir".
Diplomat regiondakı mövcud qeyri-sabitliyə də toxunub. "BƏƏ qeyri-sabitliyə deyil, etibarlı və sabit qonşuluq münasibətlərinə maraq göstərir. Enerji strategiyamız, eynilə xarici siyasətimiz kimi, məhz bu məqsədin reallaşmasına xidmət edir", - o, məqaləsində yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 May 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















