Icma.az
close
up
RU
BƏƏ OPEC dən uzaqlaşır neft bazarında dalğalanma gözlənilir ŞƏRH

BƏƏ OPEC dən uzaqlaşır neft bazarında dalğalanma gözlənilir ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hörmüz gərginliyi BƏƏ-ni strateji addıma məcbur etdi”

Turan Rzayev: "Yeni dövrdə neft qiymətlərini OPEC yox, geosiyasət müəyyən edəcək”

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən OPEC və OPEC+ təşkilatlarını tərk edəcək. Bu barədə Əmirliklərin dövlət xəbər agentliyi Emirates News Agency (WAM) məlumat yayıb. Məlumata görə, qərar ölkənin istehsal siyasətinə yenidən baxılması, mövcud və gələcək istehsal güclərinin qiymətləndirilməsi, həmçinin milli maraqlar nəzərə alınaraq qəbul edilib. Əbu-Dabi öz enerji sektoruna investisiyaları sürətləndirməyi və qlobal bazarda dəyişən tələbat şəraitinə uyğunlaşmağı planlaşdırır.

BƏƏ-nin qərarını şərh edən politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında qərarın arxasında siyasi səbəblərin dayandığını bildirib. Onun sözlərinə görə, BƏƏ üçün son dövrdə əsas narahatlıq neftin təhlükəsiz şəkildə ixrac olunub-olunmamasıdır:

 “Regionda İran ilə bağlı gərginliyin davam etməsi və xüsusilə Hörmüz boğazı ətrafında risklərin yüksəlməsi bu ölkəni daha həssas mövqeyə gətirib. Çünki BƏƏ-nin iqtisadi modeli sabit və fasiləsiz enerji axınına söykənir. Bu axın təhlükə altına düşəndə isə artıq ənənəvi mexanizmlər kifayət etmir.

OPEC isə bu vəziyyətdə BƏƏ üçün məhdudlaşdırıcıdır. Çünki təhlükəsizlik böhranı anlarında ölkələr daha sürətli və milli maraqlara uyğun qərar vermək istəyirlər. İranla bağlı risklərin artdığı bir şəraitdə isə bu ehtiyac daha da kəskinləşir. Enerji ixracı təkcə iqtisadi fəaliyyət deyil, həm də milli təhlükəsizlik məsələsinə çevrilir. Bu zaman çeviklik, sürətli reaksiya və müstəqil qərarvermə qabiliyyəti prioritet olur.

Bu baxımdan BƏƏ-nin mümkün addımı bir növ “strateji sığorta” kimi də dəyərləndirilə bilər. Yəni məqsəd bazarı dəyişmək yox, qeyri-sabit regionda özünü daha az asılı vəziyyətə salmaqdır. İran faktorunun yaratdığı qeyri-müəyyənlik fonunda belə qərar, əslində, enerji siyasətindən çox təhlükəsizlik mühitinə uyğunlaşma cəhdi kimi görünür”.

T. Rzayev hesab edir ki, BƏƏ üçün bu qərar həm də suveren enerji siyasətinə keçidlə bağlıdır: “Birləşmiş Ərəb Əmirliyi uzun müddətdir ki, öz hasilat potensialını artırır və texnoloji baxımdan daha çevik oyunçuya çevrilib. Belə bir ölkə üçün OPEC və onun geniş formatı olan OPEC+ daxilində kvota məhdudiyyətləri getdikcə daha çox strateji yük halını alır.

BƏƏ-nin təşkilatı tərk etməsi nəticəsiz olmayacaq. Bu qərar sonrası enerji bazarının ilk reaksiyasının emosional olacağı ehtimalı var. Belə ki, neft qiymətləri çox vaxt fiziki təklifdən daha çox gözləntilərlə hərəkət edir. Ona görə də belə bir addım ilkin mərhələdə qeyri-müəyyənlik yaradaraq qiymətlərdə sıçrayış və ya kəskin dalğalanma doğura bilər. Lakin bu, uzun müddətli bir tendensiya olmayacaq.

Əsas sual isə, “BƏƏ hasilatı artıracaq, yoxsa sadəcə manevr imkanını genişləndirəcək?”dir. Əgər hasilat artarsa, bu, bazara əlavə barellər deməkdir və qiymətləri aşağı çəkə bilər. Amma burada qarşılıqlı reaksiya mexanizmi işə düşür. Belə ki, Səudiyyə Ərəbistanı kimi əsas oyunçular bazar balansını qorumaq üçün hasilatı azaltmaqla cavab verə bilər. Bu halda, qiymətlərin gözlənildiyi qədər düşməməsi mümkündür”.

Politoloq qeyd edib ki, OPEC-in gücü onun üzvlərinin kollektiv davranışından qaynaqlanır:

“Bu, klassik kartel məntiqidir. Əgər bu mexanizmdə çat yaranarsa, bazar daha çox parçalanmış və rəqabətli mühitə doğru hərəkət edər. Bu isə o deməkdir ki, gələcəkdə neft qiymətləri daha az koordinasiyalı qərarlardan, daha çox isə qlobal tələb, texnoloji dəyişikliklər və geosiyasi risklərdən asılı olacaq. Məsələn, Hörmüz boğazı ətrafında gərginlik artdığı anda qiymətlər yenə yüksələ bilər, amma bu artıq OPEC-in planlı qərarından yox, risk premiumundan qaynaqlanar.

BƏƏ kimi maliyyə və texnoloji baxımdan güclü ölkənin belə addım atması digərləri üçün psixoloji baryeri azalda bilər. Amma bu, domino effekti yaradacaq qədər sadə deyil. Çünki bir çox üzv ölkələr üçün OPEC yalnız qiymət mexanizmi yox, həm də iqtisadi sabitlik və siyasi koordinasiya platformasıdır. Daha zəif iqtisadiyyata malik ölkələr bu çərçivədən çıxaraq sərbəst bazarda rəqabət aparmaqda çətinlik çəkə bilər. Buna görə də real risk kütləvi çıxışdan çox, təşkilat daxilində intizamın zəifləməsi və kvotalara əməl etmə səviyyəsinin düşməsidir.

Ümumilikdə belə bir addım neft bazarını birdən-birə dəyişməz, amma uzunmüddətli trayektoriyanı təsir altına alar. Daha az koordinasiya, daha çox fərdi strategiyalar və daha yüksək volatillik, yəni qiymətlərin həm geosiyasi hadisələrə, həm də bazar psixologiyasına daha həssas olduğu bir mühit formalaşa bilər”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri