Icma.az
close
up
RU
BƏƏ Ukrayna və Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

BƏƏ Ukrayna və Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Nusseibeh Münhendə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Ukrayna və Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb.

Bizimyol.info xəbər verir ki, Əmirliklərin Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, tərəflər beynəlxalq gündəlikdə yer alan bir sıra məsələləri, o cümlədən Ukraynadakı münaqişəni və Yaxın Şərqdə baş verən hadisələri müzakirə ediblər. Bu kontekstdə Lana Nusseibeh “gərginliyin deeskalasiyasının vacibliyini və effektiv, məsuliyyətli diplomatiya vasitəsilə siyasi həll yollarının irəlilədilməsinin əhəmiyyətini” vurğulayıb.

Görüş zamanı BƏƏ ilə Şimali Atlantika Alyansı arasında əməkdaşlığın dərinləşdirilməsi məsələsi də diqqət mərkəzində olub. Nazir Əbu-Dabinin NATO ilə uzunillik əməkdaşlıq təcrübəsinə toxunaraq bildirib ki, bu əlaqələr təkcə kadr hazırlığı sahəsində daimi əməkdaşlıqla məhdudlaşmır, həm də BƏƏ-nin müxtəlif regionlarda NATO çətiri altında həyata keçirilən əməliyyatlarda iştirakını əhatə edir.

Daha əvvəl mətbuata danışan mənbənin sözlərinə görə, fevralın 17-18-də Cenevrədə Ukrayna nizamlanmasına dair keçiriləcək danışıqlarda tərəflər çərçivə prinsiplərini razılaşdırmağa çalışacaqlar. Cenevrə görüşləri yanvarın 23-24-də Əbu-Dabidə və fevralın 4-5-də yenidən BƏƏ paytaxtında baş tutmuş Rusiya-ABŞ-Ukrayna üçtərəfli məsləhətləşmələrinin davamı olacaq.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Danışıqlar qrupuna 20-dən çox şəxsin daxil olacağı gözlənilir. ABŞ dövlət katibi Marco Rubio bildirib ki, Vaşinqton tərəfdən Cenevrə görüşündə ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Vitkoff və Amerika liderinin kürəkəni, iş adamı Jared Kushner iştirak edəcəklər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Fevral 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri