Icma.az
close
up
RU
BƏƏ və Qətərdən sursat iddiasına sərt cavab

BƏƏ və Qətərdən sursat iddiasına sərt cavab

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin, İrandan ABŞ-İsrail hücumlarına qarşı həyata keçirilən cavab zərbələrini dəf etmək üçün hava hücumundan müdafiə sistemlərini gücləndirməyə çalışdıqları, həmçinin bu ölkələrin müdafiə sistemlərində istifadə olunan sursatların tükəndiyi iddia edilib.

"Cebheinfo.az" xəbər verir ki, "Bloomberg"-in xəbərinə görə, BƏƏ-nin sursatının bir həftə ərzində, Qətərin ehtiyatının isə 4 gün ərzində bitəcəyi irəli sürülüb.

Qətər və BƏƏ-nin, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını qısa tutacaq bir çıxış yolu tapması üçün Prezident Donald Trampı razı salmaq məqsədilə xüsusi lobbi fəaliyyətləri yürütdüyü bildirilib.

Bu iki Körfəz ölkəsinin münaqişələrin bölgəyə yayılmasının və enerji sahəsində uzunmüddətli qiymət artımının qarşısını almaq üçün hücumlara sürətli və diplomatik son qoyulmasını istədiyi qeyd edilib.

BƏƏ İrandan gələn hücumların qarşısını almaq üçün istifadə olunan hava hücumundan müdafiə sistemlərindəki sursatın tükəndiyi barədə iddiaları əsassız adlandıraraq rədd edib.

BƏƏ Xarici İşlər Nazirliyindən verilən bəyanatda, ABŞ-nin "Bloomberg" kanalının BƏƏ-nin müdafiə qabiliyyəti ilə bağlı "yalan və yanıltıcı" iddialarla çıxış etdiyi vurğulanıb.
Xəbərdə yer alan iddiaların qətiyyətlə təkzib edildiyi açıqlamada deyilir:

"Bu iddialar əsassızdır və BƏƏ-nin yüksək hazırlıq səviyyəsini, texnoloji inkişafını və operativ hazırlıq vəziyyətini yanlış təqdim edir".

Məsuliyyətli jurnalistikanın əhəmiyyətinə diqqət çəkilən açıqlamada "məlumatların rəsmi mənbələrdən dəqiqləşdirilməsinin vacibliyi" qeyd edilib.

BƏƏ-nin hava təhdidlərinə yüksək səmərə ilə müqavimət göstərə biləcək müxtəlif, inteqrasiya olunmuş və çoxlaylı hava hücumundan müdafiə sistemlərinə malik olduğu, ölkənin hava məkanının uzun, orta və qısa mənzilli sistemlərlə hərtərəfli qorunduğu bildirilib.

BƏƏ-nin uzun müddət müdafiə və müdaxilə qabiliyyətinə malik güclü strateji sursat ehtiyatına sahib olduğu bildirilən açıqlamada, ölkənin milli təhlükəsizlik çərçivəsinə verdiyi önəm vurğulanıb.

Qətər Beynəlxalq Media Ofisindən də gecə saatlarında verilən açıqlamada ordudakı sursatların bitəcəyi ilə bağlı iddialar təkzib olunub.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Mart 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri