Icma.az
close
up
RU
Bəhlul Mustafazadə: Toparlanmağa çalışırıq və daha yaxşı vəziyyətə gələcəyimizi bilirik MÜSAHİBƏ

Bəhlul Mustafazadə: Toparlanmağa çalışırıq və daha yaxşı vəziyyətə gələcəyimizi bilirik MÜSAHİBƏ

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin Futbolxeber.az saytına müsahibəsi

­- Azərbaycan kubokunda 1/4 finalın ilk oyununda “Səbail”ə qalib gəldiniz. 1:0 hesablı qələbə ilə bağlı nə deyə bilərsiniz?

- Oyun gözlədiyimiz kimi çətin keçdi. İstər meydan amili, istərsə də rəqib bizə kifayət qədər çətinliklər yaratdı. Nəticədə qalib gəldik. Lakin düşünürəm ki, daha yaxşı oynaya bilərdik.

- Daha yaxşı oynamağınıza nə mane oldu?

- Bəlkə hava amilinin də təsiri oldu. Özünüz də gördünüz ki, küləyin güclü olmağı bəzən hava toplarında çətinlik yaradırdı. Ümumi götürdükdə komandamız yaxşı mübarizə apardı, sona qədər vuruşdu. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı təsir bağışlayaq.

- Yəqin razılaşarsınız ki, komandanız hazırda ideal formada deyil, hər zamankı əzəmətli “Qarabağ”a görmürük. Bunun səbəbi nədir?

- Avropa Liqasındakı çıxışımızın da buna təsiri ola bilər. Buna baxmayaraq, toparlanmağa çalışırıq və daha yaxşı vəziyyətə gələcəyimizi bilirik. Qarşıda bizi çempionat oyunları, eləcə də kubokda cavab matçı gözləyir. Düşünürəm ki, zamanla hər şey öz yerinə oturacaq.

- Sizə elə gəlmir ki, “Qarabağ” Avropadakı çıxışına görə həddindən artıq çox tənqid olundu. Sanki hər il komanda yarımfinala kimi gedirdi, bircə bu il pley-offa düşə bilmədi.

- Bəlkə də bunda ötən mövsümdəki nəticənin rolu var. Hamı ümid edirdi ki, “Qarabağ” yenə də həmin nəticələri təkrarlayacaq. Təəssüflər olsun ki, belə alındı. Əlbəttə, biz də istəməzdik ki, nəticələr bu cür olsun. Amma bu idmandır. Uğursuz çıxışımızdan nəticə çıxarıb, gələn mövsüm daha yaxşı olacağımıza əminik.

- Legioner limitinin ləğvi barədə fikirləriniz necədir? Bu, futbolumuzun xeyrinə olacaq, yoxsa ziyanına?

- Açığı, mənim üçün dəqiq fikir demək çətindir. Çünki hər iki halda müəyyən arqumentlər gətirmək olar. Bu qərarın futbolumuza faydalı olub-olmayacağını zaman göstərəcək. Bəlkə yerli futbolçular da işlərinə əvvəlkindən daha məsuliyyətli yanaşmağa çalışacaqlar. Amma dediyim kimi, indi konkret proqnoz vermək, fikir bildirmək çətindir. Mənfi də ola bilər, müsbət də. Bəlkə də bu, yerli futbolçuların xaricə üz tutmasına gətirib çıxacaq.

- Sizcə, bu nə dərəcədə realdır?

- Zaman göstərəcək. İndidən nəsə demək çətindir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Fevral 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri