Icma.az
close
up
RU
Belarusda nar bayramı keçirilib

Belarusda nar bayramı keçirilib

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.


Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Diasporla İş üzrə Dövlət Komitəsinin texniki-təşkilati dəstək göstərdiyi Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə nar bayramı qeyd olunub.

Bu barədə Missiya.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bayramda Belarusun Din və millətlər üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Rumak, Belarus Azərbaycan İcmaları Konqresinin üzvləri, Azərbaycanın Belarusdakı Səfirliyinin, BMT-nin Belarusdakı Nümayəndəliyinin, Türkmənistanın Bahar Mədəniyyət və Təhsil Fondunun təmsilçiləri, UNİCEF-in Belarusdakı nümayəndələri və universitet tələbələri iştirak edib.

Tədbirin təşkilində məqsəd Azərbaycanla Belarus xalqları arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, həmçinin universitetin qarşıdan gələn 110 illiyini qeyd etmək olub.

"Bizim dostluğumuz ölkədə sabitləşdirici amildir," – Belarusun Din və millətlər üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Rumak qeyd edib.

Universitetin rektoru Aleksandr Juk təhsil müəssisəsinin elm, təhsil və mədəniyyət sahələrində Azərbaycan ilə sıx əməkdaşlıq etdiyini, burada Azərbaycan dili mərkəzinin açıldığını, 2014-cü ildə isə Bakı Slavyan Universitetində Belarus dili və mədəniyyəti mərkəzinin yaradıldığını diqqətə çatdırıb.

Bayram tədbirində universitetin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edib, milli rəqslər nümayiş olunub, həm Azərbaycan, həm də Belarus dillərində şeir və mahnılar səsləndirilib.

Tədbirdə, həmçinin Azərbaycanın görkəmli rəssamı Toğrul Nərimanbəyovun nar təsvirli rəsmlərindən ibarət sərgi təşkil olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://missiya.az
archiveBu xəbər 06 Noyabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri