Icma.az
close
up
RU
Belarusda “Nar bayramı” keçirilib

Belarusda “Nar bayramı” keçirilib

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın Belarusdakı səfirliyinin, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və Qrodno vilayətinin azərbaycanlılar icmasının birgə təşkilatçılığı ilə Qrodno Vilayət Dram Teatrında “Nar bayramı” adlı tədbir keçirilib.

SİA-nın məlumatına görə, səfirlikdən bildiriblər ki, tədbiri açan səfir Məhərrəm Əliyev ölkəmizin kənd təsərrüfatında narçılığın əhəmiyyətindən bəhs edib, Azərbaycanın Göyçay şəhərində 2006-cı ildən etibarən hər il keçirilən Nar bayramı haqqında məlumat verib. Səfir “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”nin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nar bayramının Belarusda keçirilməsinin ənənə halını aldığını vurğulayan səfir, bu tədbirin ilk dəfə Qrodno vilayətində təşkilindən məmnunluğunu ifadə edib və vilayət rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Sonra Qrodno Vilayət İcraiyyə Komitəsinin Mədəniyyət idarəsinin müdir müavini Snejana Kuratçik bu şəhərin multikultural tədbirlərə ev sahibliyi etməkdə zəngin təcrübəyə sahib olduğunu bildirərək, 2026-cı ildə burada 13-cü Respublika Milli Mədəniyyətlər Festivalının keçiriləcəyini xatırladıb. Bu festivalın təkcə Belarus mədəniyyətinin deyil, həm də digər xalqların mədəniyyətlərinin nümayişi üçün unikal bir platforma olduğunu vurğulayan S.Kuratçik, qeyd olunan tədbirdə Azərbaycan diasporunun yüksək səviyyədə iştirak etdiyini vurğulayıb. İlk dəfə Qrodnoda keçirilən Nar bayramının belaruslular üçün Azərbaycan xalqının ruhu, adət-ənənələri ilə daha yaxından tanış olmaq üçün yeni bir fürsət olduğunu bildirərək, tədbir təşkilatçılarına təşəkkür edib.

Sonda Qrodno icmasının sədri Elxan Bəylərov çıxış edərək hər il ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən Nar bayramının narçılıqla bağlı mədəni irsimizin və adət-ənənələrimizin qorunub saxlanılmasına töhfə verdiyini bildirib. Ənənəvi olaraq Minskdə, cari ildə isə Qrodnoda keçirilən bu tədbirin Azərbaycan və Belarus arasında humanitar əlaqələrin, o cümlədən xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına xidmət etdiyini vurğulayıb, Qrodno vilayətinin və Teatrın rəhbərliyinə bu istiqamətdə göstərilən səylərə görə minnətdarlığını bildirib.

Tədbir bədii hissəsində “Qafqaz” rəqs ansamblı, Belarus Respublikasının əməkdar özfəaliyyət kollektivi “Garadzenskaya karunkі” xalq rəqs ansamblı çıxış edib, Azərbaycan milli rəqsləri üzrə master-klas təşkil edilib. Daha sonra Azərbaycan Dövlət Opera və balet Teatrının solisti, əməkdar artist Fərid Əliyev və Qrodno Dövlət İncəsənət Kollecinin “Zabava” xalq estrada-vokal qrupu ifaları ilə tədbirə rəng qatıb.

Qeyd edək ki, teatrın foyesində milli guşə və sərgi təşkil edilib, tədbirdən öncə milli geyimli qızlar və oğlanlar tərəfindən iştirakçılara Azərbaycan narı və nar şirələri təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Noyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri