Icma.az
close
up
RU
Belçika Nümayəndələr Palatasının qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Belçika Nümayəndələr Palatasının qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının 2025-ci il iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnamə ilə əlaqədar kəskin etirazını bildirir və qətnamədə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti  görməzdən gəlir, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərir, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmırlar.

Qətnamədə Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək kimi qanuni və suveren hüququ, əslində inkar edilir. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı yalnız Qarabağ ərazisində fəaliyyət göstərən Ermənistan ordusunun qalıqlarına və qeyri-qanuni silahlı dəstələrə qarşı yönəlmişdi və beynəlxalq hüquqa tam uyğun idi. Bu əməliyyatın gedişində heç bir mülki şəxsə ziyan vurulmamış, dini və ya mədəni abidələr zədələnməmişdir.

Belçika parlamenti üzvlərinin Azərbaycanı “müharibə cinayətlərində” və “insan hüquqlarının pozuntularında” ittiham etmək cəhdləri əsassızdır və siyasi motivlərlə bağlıdır. Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 il ərzində işğal altında saxlanılmasının, bu dövrdə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlərin, soyqırımı aktlarının, etnik təmizləmə nəticəsində 750 min azərbaycanlının öz vətənində didərgin salınmasının, şəhər və kəndlərimizin dağıdılmasının, milli, mədəni, dini və tarixi mirasımızın talan və təhqir edilməsinin üzərindən sükutla keçilmişdir. Əvəzində isə öz torpağında sülhü və ədaləti bərqərar etməyə çalışan Azərbaycan haqsız hücumlara məruz qoyulmuşdur.

Qətnamənin “qanunsuz həbslər” ilə bağlı hissəsinə gəlincə, xatırlatmaq yerinə düşər ki, hazırda Bakıda məhkəmə istintaqına cəlb edilən erməni milliyyətli şəxslər Azərbaycan ərazisində hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlər törətməkdə təqsirləndirilirlər. Onların müvafiq hüquqları təmin edilir, məhkəmə prosesi şəffaf aparılır və amansız rəftarla bağlı heç bir şikayət yoxdur. Bunun əksinə olan iddiaların irəli sürülməsi suveren dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey deyildir.

Bu da təəssüflə qeyd edilməlidir ki, qətnamədə Ermənistandan kütləvi surətdə deportasiya edilmiş və ya zorla qovulmuş yüz minlərlə azərbaycanlının dinc yolla ata-baba torpaqlarına qayıtmaq hüququnu nəzərdə tutan “Qərbi Azərbaycan” anlayışı ilə bağlı təxribatçı və yanlış təfsirə yol verilmişdir. Bu anlayış tarixi yaddaşına sadiq olan xalqımızın haqq-ədalət istəyini ifadə edir və beynəlxalq hüquqa tam uyğundur.  

Qətnamədə bəyan edilmiş məqsədlərə zidd olaraq, bu sənəd sülh yaradılması səylərinə heç də kömək göstərmir. Son vaxtlar sülh gündəliyinin irəli aparılması üçün ciddi addımların atıldığı bir şəraitdə Belçika, İsveçrə kimi ölkələrin parlamentlərində, Avropa Parlamentində erməni diasporu ilə əlaqəsi olan qüvvələr sülh prosesini pozmağa, regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar.

Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının üzvlərini obyektiv yanaşmaya əsaslanmayan bu cür sənədlərin qəbulu praktikasından əl çəkməyə, beynəlxalq hüquq prinsiplərinə və normalarına, regionun bütün xalqlarının hüquqlarına hörmətlə yanaşmağa, vəziyyəti gərginləşdirə bilən addımlardan çəkinməyə çağırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyul 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri