Icma.az
close
up
RU
Belçikada işıqforlarda görünən ox işarələri nəyi ifadə edir?

Belçikada işıqforlarda görünən ox işarələri nəyi ifadə edir?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Belçikada piyadalar üçün nəzərdə tutulmuş yeni tip işıqfor sistemi getdikcə daha geniş tətbiq olunur. Piyada fiqurunun ətrafında oxlarla təsvir edilən bu işarə "yaşıl kvadrat" ("vierkant groen") sistemini ifadə edir.

Qayanrinfo xəbər verir ki, "Blikk" nəşrinin məlumatına görə, bu sistem aktiv olduqda avtomobillərin hərəkəti bütün istiqamətlər üzrə tam dayandırılır və piyadalar kəsişməni təhlükəsiz şəkildə keçə bilirlər.

Yeni model yol-nəqliyyat hadisələrinin, xüsusilə də avtomobillərin dönmə manevrləri zamanı baş verən qəzaların qarşısının alınmasında yüksək effektivlik göstərdiyi üçün digər ölkələrdə də öyrənilir.

Bu işıqforlarda piyada nişanının ətrafındakı oxlar yaşıl siqnalın yalnız bir piyada keçidinə deyil, həmin yol qovşağındakı bütün piyada keçidlərinə eyni vaxtda aid olduğunu göstərir.

Sistemin əsas üstünlükləri bunlardır:

* Piyadalar üçün yaşıl işıq yandıqda avtomobil hərəkəti bütün istiqamətlər üzrə tamamilə dayandırılır.

* Beləliklə, piyadalarla sağa və ya sola dönən nəqliyyat vasitələrinin hərəkət trayektoriyalarının kəsişməsi aradan qaldırılır və qəza riski minimuma endirilir.

* Oxşar hərəkət prinsipi Belçikada velosiped hərəkətinin intensiv olduğu bəzi yol qovşaqlarında da tətbiq olunur.

Hazırkı Belçika qanunvericiliyinə əsasən, bütün piyada keçidlərində yaşıl işıq eyni vaxtda yansa da, piyadalar yolu yalnız nişanlanmış keçidlər üzrə və perpendikulyar istiqamətdə keçə bilərlər. Diaqonal istiqamətdə hərəkət etmək hələ də qayda pozuntusu hesab olunur.

Lakin 2027-ci ildə qüvvəyə minəcək yeni yol hərəkəti qaydalarına əsasən, ox işarəli işıqforların quraşdırıldığı kəsişmələrdə piyadalara diaqonal istiqamətdə yolu keçməyə də rəsmi icazə veriləcək.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişiklik həm yol hərəkətinin təşkilini optimallaşdıracaq, həm də piyadaların təhlükəsizliyini daha da artıracaq. Bu səbəbdən Belçika modeli gələcəkdə digər Avropa ölkələri üçün də nümunə ola bilər.

Bununla yanaşı, elmi araşdırmalar şəhər mühitində yaşayan vəhşi heyvanların da yol hərəkəti infrastrukturundan maraqlı şəkildə faydalandığını göstərir.

"Frontiers in Ethology" jurnalında dərc olunan tədqiqata əsasən, ABŞ-nin Tennessi Universitetinin bioloqu Vladimir Dinets (Vladimir Dinets) iki il ərzində Nyu-Cersi ştatının Vest-Orinc şəhərində yaşayan Kuper qırğılarının davranışını müşahidə edib.

Araşdırma göstərib ki, bu yırtıcı quşlar qırmızı işıqda dayanmış avtomobillərin yaratdığı örtükdən gizlənmək üçün istifadə edir və həmin anda ovlarına qəfil hücum edirlər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 İyul 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri