Belçikada qrip epidemiyası elan edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Brüssel, 24 dekabr, AZƏRTAC
Belçikada qrip epidemiyası rəsmi olaraq elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə İnstitutu son statistik məlumatlara əsaslanaraq məlumat yayıb. Qurumun açıqlamasına görə, 49-cu həftənin məlumatlarının təhlili qrip yoluxmalarının ölkə üzrə epidemiya səviyyəsinə çatdığını təsdiqləyib. İnstitutun həkim-epidemioloqların sözlərinə görə, qrip epidemiyası artıq tam şəkildə başlayıb və bununla yanaşı, RSV epidemiyası da davam edir. Xüsusilə azyaşlı uşaqlar və yaşlı insanlar üçün təhlükəli sayılan respirator sinsitial virus hazırda qriplə paralel yayılır. Bununla belə, səhiyyə orqanları bildirir ki, hazırkı mərhələdə xəstəxanalar və ailə həkimləri üzərindəki yük nəzarət altındadır. Qış mövsümünün pik dövrü yaxınlaşsa da, göstəricilər hələlik nisbətən aşağı səviyyədə qalır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
Baxış sayı:85
Bu xəbər 24 Dekabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















