Icma.az
close
up
RU
Beldə ağrılar...

Beldə ağrılar...

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aparılan araşdırmalara əsasən əhalinin yarıdan çox hissəsi beldə olan ağrılardan əziyyət çəkir, lakin onların yalnız 15-20% -i həkimə müraciət edir.

Bunun təhlükəsi isə odur ki, onurğa sütununun hər hansı bir xəstəliyində,  bu potoloji prossesə hökmən əzələ və bir çox daxili orqanlar cəlb olunur.

Buna misal olaraq, boyun hissəsinin xəstəliklərinin ağırlaşması nəticəsində insanda  baş ağrıları, qulaqlarda gurultu, başgicəllənmə və görmə qabiliyyətində pozğunluqlar yarana bilər. Döş nahiyəsində olduqda  - nəfəsalma və ürək fəaliiyyəti, bel nahiyəsində isə həzm orqanlarının, böyrəyın iş prinsipində pozğunluqlar  və potensiyanın azalması kimi problemlər yarana bilər.

Səbəblər.

Buna səbəb olan bir çox xəstəliklər ola bilər. Bunlardan:  bel əzələlərinin adi fiziki yüklənməsi, skolioz, osteoxondroz, əzələ arası disklərdə yırtıq, az hallarda şiş və onurğa toxumasının infeksiyası kimi hallar aid edilir.

Radikulitə oxşar ağrı isə böyrək sancısı və mədə yarasından ola bilər. Beldə olan ağrıların səbəbi daxili orqanlar olduqda, hərəkət edib etməmənizdən asılı olmayaraq, ağrının səviyyəsi dəyişmir.

Necə bəlli olur?

Osteoxondroz - bel nahiyəsində ağrı  yaradan ən geniş yayılan xəstəlikdir. Əyildikdə, ağır bir yük qaldırdıqda və bundan sonra gün ərzində ayaqlarınızda zəiflik və ağrı hissi olduqda  və bu ağrının hərəkət etdikdə, öskürdükdə güclənməsi - əzələ arası yırtığın əlaməti ola bilər. Qarşıya və ətrafa əyildikdə onurğa sütununun bel nahiyəsində əməllə gələn kəski n ağrı isə - kəskin bel radikulitinin əlamətidir.

Başı ətrafa döndərdikdə, boyun və çiyin nahiyəsindı olan uzunmüddətli ağrılar - onurğa sütununun xroniki xəstəliklərinin əlamətidir. Bu hallarda boyun spondilezində əzələ fəqərələrinin deformasiyası və böyüməsi baş verir.

Dərin nəfəsalmada müşahidə olunan ağrı - onurğa oynaqlarının xroniki ilthabi deməkdir. Bir çox hallarda beldə olan ağrılar, əzələ və bel bağlarının zədələnməsində  də müşahidə olunur. Düzgün taktikdə bu ağrı izsiz olaraq keçir. Yalnız bu ağrıya ciddi yanaşmadıqda, bu  hətta onurğa sütununun əyilməsinə səbəb ola bilir.

Diaqnoz.

Hər bir halda, uzunmüddətli və requlyar bel ağrılarında mütləq nevroloqa müraciət etmək lazımdır. Ağrının konkret səbəbini örənmək üçün  bir sıra müayinələrdən keçməyiniz tələb olunacaq.

Beldə ağrı ilə müşahidə olunan onurğa xəstəlikləri əsasən maqnit - rezonans tomoqrafiyası vasitəsilə müəyyən edilir. Adii rentgenoqrfafiya zədə və müəyyən xəstəlikləri müəyyən edir. Onurğa kanalının sıxılması  və ya onurğa beyin mielopatiyası şübhəsində  isə  elektromioqrafiya metodu istifadə edilir.

Müalicəsi.

Beldə olan kəskin ağrıları medikamentlərlə müalicəsini yalnız nevroloqun məsləhəti ilə etmək olar. Bəzi hallarda isə cərrahi müdaxilələr tələb oluna bilir. Bir çox xroniki xəstəliklərdə isə, manual terapiya, iynə ilə terapiya və müalicəvi idman məsləhət görülür.

Unutmayın ki, beldə olan ağrıların ən əsas profilaktikası - düzgün qamətin saxlanılmasıdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 05:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri