Qordon Remzi sükan arxasına keçir: “Top Gear” efirə qayıdır
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Dünyanın ən məşhur avtomobil proqramlarından “Top Gear” yenidən ekranlara qayıtmağa hazırlaşır.
Kulis.az xəbər verir ki, BBC-nin açıqlamasına görə, şounun yeni aparıcısı məşhur aşpaz və teleulduz Qordon Remzi olacaq.
Proqramın çəkilişlərinə 2027-ci ildə başlanacaq, yeni buraxılışların isə 2028-ci ildə yayımlanması planlaşdırılır. Remzi ilə yanaşı çalışacaq digər aparıcıların adları hələ açıqlanmayıb. Əfsanəvi test sürücüsü “The Stig” də yenilənmiş layihədə yer alacaq.
49 illik tarixə malik proqram 2022-ci ildə aparıcı Freddi Flintoffun çəkiliş zamanı ağır qəza keçirməsindən sonra dayandırılmışdı. Remzi avtomobil həvəskarıdır, əvvəllər də “Top Gear”ın qonağı olub və avtoidman yarışlarında iştirak edib. O, yeni layihənin əvvəlki şounun gözlənilməz sınaqlarını, macəralarını və xaotik yumorunu qoruyacağını bildirib. Mətbəxdəki sərt davranışı ilə tanınan Remzinin avtomobil proqramında necə görünəcəyi isə indidən maraq doğurur.
Baxış sayı:113
Bu xəbər 26 Noyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















