Icma.az
close
up
RU
Belə bir cəhd Ermənistan üçün faciə ilə nəticələnər Deputat

Belə bir cəhd Ermənistan üçün faciə ilə nəticələnər Deputat

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu gün Ermənistanın yürütdüyü siyasət Cənubi Qafqazda dayanıqlı sülhə və sabitliyə deyil, gərginliyin davam etməsinə xidmət edir. Bu məqsədlə də Ermənistan spekulyasiya etməklə sülhdən yayınmağa cəhd edir. Amma unudurlar ki, sülhdən yayınma Ermənistanın diz çökdürülməsi ilə nəticələnəcək”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Ermənistanın yenidən bölgədə qarşıdurma yaratmaq niyyəti və bu məqsədlə uzunmüddətli təlim-məşq toplantısı ilə bağlı məsələni şərh edərkən deyib.

Deputat bildirib ki, son bir neçə ildə Ermənistanın sürətli silahlanması məqsədilə müxtəlif ölkələrdən silah-sursat, hərbi texnika alması da məhz bu məqsədi daşıyır: “Amma Ermənistan unudur ki, hansısa qüvvələrə arxalanıb silahlanaraq təxribatlara cəhd etsələr də nəticəsi olmayacaq. Azərbaycan ordusunun “Dəmir yumruğu” Ermənistan tərəfinin  təxribat cəhdlərinin qarşısını almağa və revanşizmin başını əzməyə hazır vəziyyətdədir. Belə bir cəhd Ermənistan üçün faciə ilə nəticələnə bilər”.

Zəngəzur dəhlizi və sülh sazişi ilə bağlı danışıqlara gəldikdə deputat bildirib ki, dəhlizin açılması və sülh sazişinin imzalanması ilk növbədə Ermənistanın maraqlarına uyğundur. “Lakin Ermənistan hər zaman olduğu kimi, bu gün də xarici qüvvələrdən və ölkələrdən asılı olduğundan  öz gələcək taleyi ilə bağlı sərbəst qərar vermək iqtidarında deyil. Zəngəzur dəhlizi açılacaq və buna şübhə olmasın. Bu tarixi ədalətsizlik aradan qaldırılmalıdır və bununda zamanı yetişib. Bunun üçün artıq  geosiyasi zəmində yaranmaqdadır. Ermənistanı dəstəkləyən ölkələr, xüsusən də Avropanın özünün  ciddi təhlükəsizlik dəstəyinə ehtiyacı var. Belə olan şəraitdə  nə Avropa ölkələri, nə də digər ölkələr Ermənistanı müdafiə edə bilməyəcək. Azərbaycan öz hədəfinə nail olacaq”, - o qeyd edib.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Mart 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri