Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Belə bölgə futbolu kimə lazımdı?

Belə bölgə futbolu kimə lazımdı?

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda futbolunun inkişafının bölgələrdən keçdiyini dəfələrlə demişik, müzakirə etmişik. Bildirmişik ki, futbolun coğrafiyası ölkənin əyalətlərinə doğru genişlənmədikcə ciddi inkişaf gözləməyə dəyməz. Çünki bölgələrə böyük futbol qayıtmalı, orda ab-hava dəyişməli, istedadlı uşaqların üzə çıxarılması, inkişafı üçün işlər görülməlidi. Elə premyer-liqada komanda sayının artırılmasını da buna görə arzulamışıq. İstəmişik ki, elitada çıxış edən komandaların sırasında bölgələrin təmsilçiləri çoxalsın, əyalətlərdə yaşayan azarkeşlər də tribunaları doldursun.

Müəyyən mənada arzumuz həyata keçir. Ölkədə futbolun coğrafiyası genişlənir. Düzdü, premyer-liqadakı bölgə təmsilçilərinin heç də hamısı doğma meydanda oynamır. “Araz-Naxçıvan” Bakıda və Sumqayıtda mövsümləri yola verir, “İmişli” rəqiblərini Qubada, “Kəpəz” isə Yevlaxda qəbul edir. “Turan Tovuz”un da bir ayağı Tovuzda olur, bir ayağı paytaxtda. Mövsümün son turunda isə biabırçılıq lap fontan vurdu. Heç kim paytaxtdan uzaqlaşmaq istəmədi, turun bütün oyunları paytaxt Bakıda və Sumqayıtda sözün əsl mənasında yola verildi.
Hələ aşağı liqalarda da xeyli əyalət təmsilçisi var. Bu da futbolun kütləviliyini artırır. Səviyyə aşağı olsa da, rayonlardakı azarkeş marağını, mübarizə ab-havasını görürük. Bütün bunlar ümimi işin xeyrinə olan amillərdi. Yetər ki, bu temp yüksələn xətt ilə davam etsin, həvəskarlar peşəkarlaşmağa, peşəkarlar isə səviyyələrini daha da yuxarı qaldırmağa başlasınlar.
Az əvvəl qeyd etdiyim kimi, əsas odu ki, uşaq komandalarına diqqət artırılsın. Yeni adlar üzə çıxmayınca, onların inkişafı üçün əməli işlər görülməyincə ciddi inkişaf görməyimiz mümkün olmayacaq. Sözsüz, infrastruktur məsələsi də diqqət mərkəzində olmalıdı. Komandalar paytaxta doğru təmərküzləşməməli, hərə təmsil etdiyi rayondakı meydanda rəqiblərini qəbul edib, azarkeşlərinə futbol bayramı yaşatmalıdı.
Amma bölgələrdə futbola maraq artıqca bəzi eyiblər də üzə çıxmaqdadı. İllər öncə futbol təsərrüfatına yaxın olan dostlarımdan biri demişdi ki, yuxarı dairələr də bölgələrdə futbolun olmasına həssas yanaşır, amma bir çox vacib nüanslara xüsusi diqqət ayırırlar. Konkret rayon adları da çəkmişdi ki, bu rayonlarda böyük futbolun olması, azarkeşlərin tribunalara toplaşması təhlükəsizlik və bəzi qüvvələrin təxribat ehtimalları səbəbindən arzuolunan deyil. Həmin vaxt onu qınayırdım. İndi olanları götür-qoy edəndə, yaşananlara baxanda görürəm ki, məsələ elə onun dediyi kimi ciddi imiş.
Bəli, futbol emosiyalar oyunudu, ehtirasların coşması qaçılmazdı. Amma futbol da gərək futbol olsun da. Ortada futbol adına ciddi nəsə olmamış, hansısa uğur qazanılmamış dava-dalaşın başlaması heç də yaxşılığa əlamət deyil.
Gələn mövsüm 2-ci liqada çıxış etmək uğrunda pley-off görüşündən sonra yaşananlar bizi bir daha düşünməyə məcbur edir. “Biləsuvar”ın futbolçularının kapitanın rəhbərliyi ilə tribunalara hücum çəkməsi, azarkeşlərlə “qeyrət söhbəti” etməyə çalışması gələcəkdə baş verə biləcək böyük qalmaqalların xəbərçisidi.
Azarkeşlərin futbolçudan “qeyrətlə oynamağı” tələb etməsi onun qeyrətsiz olması demək deyil. Bunu anlamaq, azarkeşə hörmətlə yanaşmaq lazımdı. Azarkeşlərin də əndazəni aşdığı məqamlar var. Son günlər “Turan Tovuz”un UEFA tərəfindən avrokuboklara buraxılmaması ilə bağlı məlumatlar yayılıb. Sosial şəbəkələrdə bu barədə paylaşılan xəbərlərə tovuzlu azarkeşlərin yazdığı təhqir dolu şərhlər, mətbuatı, hətta “Zirə”ni ittiham etmələri heç də xoş görüntü deyil.
Bir sözlə, vəziyyət heç də ürəkaçan deyil. Hadisələrin axarı irəlidə yeni qarşıdurmaların, qalmaqalların yaşanacağından xəbər verir. Bu isə yuxarı dairələrdə bölgə futbolu ilə bağlı qərarlara yenidən baxılması ilə nəticələnəcək. “Böyük oyun” dediyimiz “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması ətrafında yaşananları, onun fəsadlarını unutmayaq.
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 İyun 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri