Belə böyük əhatəli amnistiyanın “Konstitusiya və Suverenlik İli”ndə qəbul edilməsi, minlərlə ailəyə sevinc bəxş edəcək
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu ilin Suverenlik və Konstitusiya ili olması nəzərə alınmaqla ilin əvvəlindən əslində ya əfv sərəncamı, ya amnistiya aktının ola biləcəyi ehtimalı var idi və bu məsələ gündəmdə müzakirə mövzusu idi, nəticə etibarilə Azərbaycan Prezidenti cənab İlham Əliyev amnistiya aktı qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.
Arzuxan Əlizadə / Foto: amip.az
Deputatın fikrincə, gözləntilər kifayət qədər böyükdür.
“Budəfəki amnistiya aktının əvvəlkilərdən daha böyük və daha çox insanı əhatə edə biləcək amnistiya aktı olması gözlənilir. İlkin ehtimallara görə, kateqoriyalara bölünüb. Həmin kateqoriyaları differensasiya etməklə, ehtimal bundan ibarətdir ki, budəfəki amnistiya aktı 20 mindən çox adama şamil oluna bilər. Təbii ki, bu da olduqca təqdirəlayiqdir və konstitusiya və suverenliyi ilində belə böyük, əhatəli amnistiyanın qəbul edilməsi minlərlə ailəyə sevinc bəxş edilməsi və minlərlə məhbusun azadlığa qovuşması deməkdir”-deyən deputat bildirib ki, bu da növbəti bir humanist addım olaraq Azərbaycanın tarixinə düşəcək.
“Bu amnitiya aktının daha çox insanı əhatə etməsini gözləyirik. Hər kəsin istəyidir. Amnistiya aktının reallaşması ilə gözləntilərimiz doğruacaq”-deyə Arzuxan Əlizadə bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 16 Dekabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















