Icma.az
close
up
RU
Belə getsə, qızlar da elm dalınca getməyəcək: Ekspertin TƏKLİFLƏRİ VAR

Belə getsə, qızlar da elm dalınca getməyəcək: Ekspertin TƏKLİFLƏRİ VAR

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlumdur ki, ölkəmizdə elmi dərəcələrin verilməsi "Təhsil haqqında" qanunla tənzimlənir. Həmin qanuna görə, ali təhsil müəssisələrində mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı üç səviyyəlidir: bakalavriat (tibb təhsili istisna olmaqla); magistratura (tibb təhsili istisna) və doktorantura (keçmiş aspirantura).

Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. Mşüahidələrə görə, Azərbaycanda doktoranturaya maraq o qədər də ürəkaçan səviyyədə deyil. Xüsusən də oğlanlar bu elmi dərəcəyə maraq göstərmirlər.

Bəs görəsən, bu marağın az olmasının səbəbi nədir?

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, indiki dövrdə ölkəmizdə elm dalınca gedən gənclərin sayı olduqca azdır:

"Bu yaxınlarda Elmlər Akademiyasının işçilərinin, xüsusən də akademiklərin orta yaş həddi elan olundu. Təxminən yaş həddi 70-in üzərində olan bir rəqəmdir. Bu gün gənc nəsildən nəinki oğlanların, heç qızların da elmin arxasınca getməsi müşahidə olunmur. Azərbaycanda bu günə qədər 700 ballıq tələbələrimizin sayı 114 nəfər olub. 700 ballıq o deməkdir ki, həmin şəxslər zamanında ən yüksək nəticəni göstəriblər. Bu şəxslərin cəmi 6-7 nəfəri özlərini inkişaf etdirmək üçün xarici ölkələrdə elm dalınca gedirlər. Məsələ bundadır ki, bu gün yeni nəsil gənc alimlərə heç bir imtiyaz tanınmır".

Məzahir Məmmədli: Gənc alimlərin inkişafı üçün motivasiya verəcək addımlar atılmır

Ekspert hesab edir ki, bu gün gənc alimlərin evlə təmin olunması və  güzəştli ipoteka verilməsi yaxşı olardı.

"Güzəştli ipoteka yalnız 3 illik fəaliyyətdən sonra verilsə də, bu imkan ümumitəhsil müəssisələrindəki şəxslərə aiddir. Lakin Elmlər Akademiyası və ya universitetlərdə yaradıcı işlə məşğul olan alimlər üçün bu şərait yaradılmayıb. Gənc alimlərin inkişafı üçün motivasiya verəcək addımlar atılmır. Ona görə bir müddətdən sonra artıq qızlar da elm dalınca getməkdən tamamilə imtina edəcəklər", - deyə Məzahir  Məmmədli qeyd edib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Avqust 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri