Türkiyə yaxın həftələrdə “Akkuyu” AES i istismara verməyi planlaşdırır
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə yaxın həftələrdə “Akkuyu” AES-in birinci enerji blokunun istismara verilməsi prosesində irəliləyişə nail olmağı planlaşdırır.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar İstanbulda 2040-cı ilədək energetikanın inkişafı proqramının təqdimatında çıxış edərkən bildirib.
“Türkiyə “Akkuyu” AES-in tikintisi ilə birlikdə, ümid edirəm ki, atom energetikasına keçidlə bağlı 70 illik arzusunu gerçəkləşdirəcək. Hər dörd reaktorun tikintisi eyni vaxtda davam edir. Hazırda biz çox vacib mərhələyə çatmışıq. Birinci reaktora gəldikdə isə, yaxın həftələrdə, zənnimcə, növbəti addımı (enerji blokunun istismara verilməsi - red.) ata biləcəyik. Dəqiq vədlər verməyəcəyəm, çünki yüzlərlə sınağın keçirilməsini nəzərdə tutan prosesə daxil olmuşuq. Lakin hazırda biz artıq stansiyanın istismara verilməsi ilə bağlı addımlar atırıq”, - nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 05 Noyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















