Icma.az
close
up
RU
“Belə məmurlar istefaya göndərilməlidir” EKOLOQ İCRA BAŞÇILARINI TƏNQİD ETDİ FOTO VİDEO

“Belə məmurlar istefaya göndərilməlidir” EKOLOQ İCRA BAŞÇILARINI TƏNQİD ETDİ FOTO VİDEO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gündən başlayaraq Bakıya yağan qar şəhərin həyatını iflic etdi. Küçələrdə nəqliyyatın hərəkəti çətinləşdi, yollar buz bağladı, qəzalar baş verdi və piyada keçidləri isə təhlükəli vəziyyətə düşdü. İnsanlar işə və evlərinə gedə bilmədilər, ictimai nəqliyyatda fasilələr yarandı.

Bütün bunlar gözlənilən idi, çünki hava şəraiti ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmişdi. Lakin aidiyyəti qurumlar yenə də tədbir görməkdə gecikdilər. Şəhər təsərrüfatı xidmətləri və rayon icra hakimiyyətləri qarın yağmasını müşahidəçi kimi izlədilər. Sürüşkən yollar səbəbindən bir çox qəza baş verdi, piyadalar yıxılaraq xəsarət aldı.

Bəs niyə bu problemlərin qarşısı vaxtında alınmadı?

Hələ 2 gün əvvəldən paytaxt rayonlarının icra başçılarına tapşırıqlar verilib. Prezidentə ötənilin 28 dekabr tarixində Bakıda xidmət edəcək xüsusi təyinatlı maşınlar nümayiş etdirilib. Nümayişdə yüzlərlə avtomobil olub. Hətta daha əvvəldən icralarım balansında qartəmizləyən maşınlar olub. Bəs necə olur ki, hətta Heydər Əliyev, Babək kimi iri prospektlərdə, Kənar dairəvi yolda buzlanma, qəza faktları müşahidə edilir? İllərdir paytaxt rayonlarının icra başçısı olan şəxslər az qala hər qış yarıtmaz fəaliyyət qoyur ortaya. Bu nədən qaynaqlanır?

2 gün əvvəl Bakının merinin tapşırıqlarına niyə kifayət qədər məsuliyyətlə yanaşılmadı? Niyə Bakının bütün rayonlarındakı yollar buz bağladıqdan sonra işə başlanıldı? Niyə hələ də rayon icra hakimiyyətləri işini görməkdə acizdirlər? Piyadaların yıxılması, qəzalar və s. Mütləq yenə 2-3 ölüm olmalıdır ki, işin ciddiliyinin fərqinə varsınlar?

Mövzu ilə bağlı Qorxmaz İbrahimli Avtosfer.az-a açıqlamasında bildirib ki, biz hələ 20 gün əvvəl demişdik ki, fevral ayında qar yağması gözlənilir, hava yağıntılı olacaq, xüsusilə də ayın ikinci ongünlüyündən sonra:

“Soyuq hava şəraiti əvvəlcədən xəbərdarlıq etmişdik.  Məmur təbəqəsinə, icra başçılarına və şəhər rəhbərlərinə nəzər yetirsək, onların bu cür vəziyyətlərə hazırlıqsız olduğunu görərik. Açıq şəkildə demək lazımdır ki, bu şəxslər idarəetmədə yetərli deyillər. Onların çoxu köhnəlmiş idarəçilik metodları ilə işləyir və effektiv qərarlar qəbul edə bilmirlər. Düşünürəm ki, bu cür məmurlar artıq istefaya göndərilməlidirlər.

Bizim idarəetmə sistemimizdə əsas rolu bələdiyyələr oynamalıdır. Lakin təəssüf ki, bələdiyyələr hələ də tam gücü ilə fəaliyyət göstərə bilmir. İcra hakimiyyətinin başçıları isə idarəçilikdə uğursuzluq göstərirlər. Bakı şəhərinin icra başçısı əvvəllər kiçik rayonlarda çalışmış bir şəxsdir, lakin indi paytaxt kimi böyük bir şəhərə rəhbərlik edir. Əvvəlki rəhbərlərin heç olmasa müəyyən səviyyədə aktiv fəaliyyəti var idi, amma indiki rəhbərlik isə sanki gözəgörünməzdir.

Biz onu keçmişdən, komsomol dövründən tanıyırıq. Hələ o vaxtlar da passiv biri kimi tanınırdı. Bu cür idarəçilər Prezidentin etimadını doğrultmurlar. Onlarla işləmək çox çətindir, çünki köhnəlmiş idarəçilik metodlarına sadiq qalırlar. Onların çoxu hələ də keçmiş sovet dövrünün göstərişlərini gözləyirmiş kimi davranır.

Bakı şəhəri iqlim baxımından mülayim zonada yerləşir, səhra şəhəri deyil. Burada hava şəraiti dəyişkəndir, güclü küləklər, qar və yağış müşahidə olunur. Lakin belə hava şəraitinə uyğun tədbirlər görülməlidir. Qar yağışı hər il müşahidə olunur, lakin Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra strukturları qışa hazırlıq tədbirlərini görməkdə gecikir. Şəhərdə istifadə olunmalı olan texnika vaxtında alınmalı və işlək vəziyyətdə saxlanmalıdır. Texniki vasitələr 10-15 il problemsiz işləyə bilər, yetər ki, onların mütəmadi baxımı və texniki nəzarəti həyata keçirilsin. Lakin görünən odur ki, bu işlər lazımi səviyyədə aparılmır”.

Ekoloq əlavə edib ki, mən özüm də hərbi xidmətdə olarkən qarlı hava şəraitini görmüşəm:

“Heç bir problem yaranmırdı. Moskva, İstanbul və Avropanın digər şəhərlərində də qar yağır, amma orada yollar vaxtında təmizlənir və şəhər iflic olmur. Lakin bizdə idarəetmənin zəifliyi səbəbindən vəziyyət fərqlidir.

Bakıda yollar qış şəraitinə uyğun tikilməlidir. Prezident Aparatının qarşısında yerləşən yollar xüsusi döşənmiş materiallardan hazırlanıb və daha dayanıqlıdır. Amma şəhərin digər ərazilərində bu cür tədbirlər görülməyib. İcra başçıları sanki yalnız maaş almaq üçün təyin olunublar. Halbuki onların əsas vəzifəsi şəhərin infrastrukturunun düzgün idarə olunmasını təmin etməkdir.

Son bir neçə ayda Bakı şəhərində yaşanan vəziyyət bir daha göstərdi ki, şəhər idarəçiliyində ciddi problemlər var. Ölkə rəhbərliyi bu məsələni nəzarətə götürməli və lazımi tədbirlər görməlidir. Əks halda, hər il qar yağanda Bakı iflic olacaq və şəhər sakinləri eyni çətinliklərlə üzləşəcək”.

Qorxmaz İbrahimili sonda qeyd edib ki, insanlar evlərindən çıxa bilmir, nəqliyyat dayanır, iqtisadi və sosial həyat iflic vəziyyətə düşür:

“Yaxşı ki, internet imkanları var və insanlar heç olmasa müəyyən işlərini evdən idarə edə bilirlər. Təcili olaraq fövqəladə toplantılar keçirilməli, aidiyyəti qurumlar məsuliyyət daşımalıdır. Belə bir idarəetmə ilə şəhərin inkişafından danışmaq mümkün deyil. Qarın yağması fəlakət deyil, fəlakət onu idarə edə bilməyənlərdir”.

Sosioloq Lalə Mehralının fikrincə, paytaxtın qışa hazırlığı qışda yada düşməməlidir, qış gəlmədən öncə hazırlıq görülməlidir:

“Bir 1 santimetr olmayan qar belə yolları iflic edir, insanları yollarda qoyur. İlin 5-6  ayı güclü qar yağan ölkələrdə bu cür problemlər olmur, heç bir halda qar işə, yollara, nəqliyyatın hərəkətinə mane olmur. Çünki zamanında infrastruktur qar, yağış, leysan kimi ehtimallara uyğun qurulub. Amma baxın, ötən ilin sonu Bakıya 1 saat yağış yağdı, şəhər iflic oldu, küçələrdən çay axırdı. Kanalizasiya xətlərini ləğv edilblər, üstündə obyekt tikiblər, yağış suları axmağa yer tapmır. Qar yağanda küçəyə 1 ovuc duz atmaq qara qarşı tədbir deyil. Tədbir qar yağmazdan əvvəl görülməlidir, sürücülərə qış təkərləri məcburiyyəti qoyulmalıdır, amma baxırsan ki, avtobusların belə qışa hazırlıqları yoxdur”.

Sosioloq əlavə olaraq bildirib ki, səkilərə, parklara mərmər döşəyiblər, azacıq nəm olan kimi sürüşüb baş-gözünü yarır insanlar:

“Travmatologiya İnstitutuna baxsaz, nə demək istədiyimi anlayacaqsınız. Hər il qar yağanda bura dolub-daşır parklarda yıxılan adamlarla”.

Bakı Şəhər İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildirildi ki, dünən səhər saatlarında icra hakimiyyətlərinin nümayəndələri yollarda sakinlərin təhlükəsiz hərəkəti üçün əlindən gələni edir. Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı və kommunal xidmətlərin əməkdaşları paytaxt küçələrində fasiləsiz xidmət göstərir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Fevral 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri