Icma.az
close
up
RU
Belə qırmızı olmur

Belə qırmızı olmur

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının 3-cü turunda baş tutan "Neftçi" - "Turan Tovuz" qarşılaşması (0:1) hələ də müzakirə mövzusudur.  Qonaqların hesabı erkən qolla açandan sonra daha çox müdafiənin qayğısına qalması, "ağ-qaralar"ın hücumlarının məntiqi sonluqla başa çatmaması matçın ümumi mənzərəsidir. Görüşün 55-ci dəqiqəsində Bakı təmsilçisinin mərkəz müdafiəçisi İqor Ribeyroya göstərilən qırmızı vərəqə isə həqiqətən müəmmadır. Bu vərəqənin FİFA referisi Əliyar Ağayevin cibindən çıxması isə daha üzücü reallıqdır. Yumşaq desək, belə qırmızı vərəqə olmur. Niyəsinə aydınlıq gətirməyə çalışacağıq.

"Sarı" ən düzgün seçim sayılardı

Digər epizodlardakı mübahisəli qərarları bir kənara qoyaraq yalnız Ribeyronun qovulması üzərində dayansaq, Ağayevin "sambaçı"nı qovması sözün əsl mənasında, müzakirələrə açıq faktdır. Top getdikdən sonra rəqibi - Faiq Hacıyevi itələyən stopperə "qırmızı" yox, "sarı" göstərilməliydi. Dünya futbolunda buna bənzər 10 epizodu izləsək, hər birində ədalət təmsilçilərinin uzağı xəbərdarlıqla kifayətləndiyinə şahidlik edərik. Futbolçular arasında münaqişə olduğunu, İqorun Faiqi aşkar vurma cəhdini sübuta yetirən görüntü də yoxdur. Görünən budur ki, Ribeyro "Turan"ın futbolçusunu itələyərkən əli üzünə toxunur və bu qarşıdurma iki rəqibin əlbəyaxa olması ilə nəticələnmir. Futbol təmas oyunudur. 

Hacıyev özü də təsdiqləyir 

Ribeyronun qovulmasının səbəbkarı oyundan sonra mətbuata verdiyi açıqlamada braziliyalı oyunçu ilə mübahisə etmədiklərini və bir-birinin ünvanına başqa qıcıqlandırıcı ifadələr işlətmədiklərini təsdiqləyib: "Ribeyro ilə aramızda heç bir söhbət, filan olmayıb. Sadəcə, top getdikdən sonra bir-birimizi itələmişik". Əslində, Hacıyev bu açıqlaması ilə legionerin oyun ərzində onunla münaqişədə olmadığını, hərəkətin ani refleks statusu daşıdığını bildirib. Ortada nə şapalaq var, nə yumruq, nə də qəsdən zədələmə cəhdi, deyilmi?

Bu, "qırmızı"dırsa...

Premyer Liqanın artıq 3 turu geridə qalıb. Çempionat matçlarını yaxından izləyənlər ağırlıq dərəcəsi Ribeyro-Hacıyev insidenti səviyyəsini aşan epizodlarda hakimlərin "sarı"ya əl atdıqlarını, bəzən isə şifahi xəbərdarlıqla kifayətləndiklərini görüblər. Hesabda geri olan, vəziyyətdən çıxmaq üçün ardıcıl hücumlar quran kollektivi öz meydanında keçirdiyi matçda bu şəkildə azlıqda qoymaq həm də Əliyar bəyin öz reputasiyasına endirdiyi zərbədir. Şübhəsiz, hakimin qətiyyət sərgiləmək, oyunun ipini əldən buraxmadığını isbatlamaq çabası xoşagələndir, amma belə yox... Bu və buna bənzər hər epizodda futbolçuları meydandan qovsalar, gərək hər çempionat matçında 5-6 "qırmızı" qeydə alına.

Təəssüf ki, heç nə dəyişməyib

Sirr deyil ki, "Neftçi" Samir Abasovun rəhbərliyi altında Premyer Liqada uğurlu startla diqqət çəkə bilməyib. Abasovun öz istəyi ilə heyətə cəlb edilən yerlilər və şəxsi seleksiyasının nəticəsi olaraq "ağ-qaralar"ın sıralarına qatılan legionerlərin işlərinin öhdəsindən necə gələcəklərini zaman göstərəcək. Bakı komandasının hər oyunundan sonra bir qucaq hakim xətasının müzakirə mövzusuna çevrilməsi isə arzuolunmaz mənzərədir. Ən pisi isə budur ki, ötən mövsüm də "xalq komandası" dəfələrlə yanlış hakim qərarları üzündən qızıldan qiymətli xal və xallar itirmiş, yekunda avrokubiklardan kənarda qalmışdı. Yox, flaqmanın yaşıl meydanlarda fırtına kimi əsdiyini, ortaya qoyduğu futbolla Avropa Liqasının təsnifat mərhələsində mübarizə aparmağı haqq etdiyini demirik, ancaq ölkənin bütün iddialılarının matçlarındakı yanlış qərarların statistikasını çıxarsaq, "Neftçi"nin daha çox "sıxıldığına" əmin olarıq. Təəssüf ki, cari "futbol ili"ndə bu yöndə heç nə dəyişməyib. 

 Premyer Liqanı gözdən salmaq olmaz

Fərq etməz, "Neftçi"nin yerində "Qarabağ" da ola bilər, "Zirə" də, "Araz-Naxçıvan" da... Yəni söhbət konkret olaraq, Ağayevin qərəzindən və ya İnqilab Məmmədovun mərəzindən getmir. Hakim səhvləri çempionatı birbaşa idman həvəskarlarının gözündən salır. İstər stadionun tribunalarına toplaşan azarkeşlər, istərsə də evindəki divanda əyləşib çay içə-içə yerli futboldan zövq almağa çalışanlar bu cür hallarda çempionatdan iyrənirlər. Biri stadiondan çıxır, o biri televizoru söndürür... Başqa sözlə, həm hakim ədaləti, həm də Hakimlər Komitəsinin gördüyü iş şübhə altına düşür. Elə biz də mövzunu uzadaraq olan-qalan azarkeşlərin də yerli futboldan uzaqlaşdırmamaq üçün yazını burada tamamlamağı uyğun sayırıq. Ümid edək ki, növbəti turlarda belə məsələləri qabartmaq məcburiyyətində qalmayacağıq.

Fanat.Az   

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://fanat.az
archiveBu xəbər 04 Sentyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see364

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see287

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see224

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see207

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see206

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see188

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see184

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see180

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see171

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see170

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see161

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see160

Dövlətlə əmlak mübadiləsi mümkün olacaq DETALLAR

19 Avqust 2026 07:02see160

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see160

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see154

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see154

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see153

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see150

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see147

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri