Belə səviyyədə çıxış edirsənsə, bu cür ritmə tab gətirməlisən Valdas Dambrauskas
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının VI turu çərçivəsində doğma meydanda "İmişli"ni qəbul edən "Sabah" 3:1 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqda fikilrərini bildirib:
"Milli komandaların oyunları üçün yaranan fasilədən sonra sizi “Neftçi” ilə çətin oyun gözləyir...
- Milli komandalarına yollanan futbolçulara uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdir və ümid edirəm ki, onlar zədəsiz qayıdacaqlar. Komandada qalan futbolçularla işimizi davam etdirəcəyik. Bu gündən etibarən komandaya bir həftəlik istirahət vermişəm. Qayıtdıqdan sonra çempionatın ikinci hissəsinə hazırlığa başlayacağıq və addım-addım, oyundan-oyuna irəliləyəcəyik.
Şəxsi planlarıma gəlincə, Azərbaycanda qalacağam. Ölkənin bölgələrinə səyahət etmək, yeni yerlər görmək və dincəlmək istəyirəm. Üç ay əvvəl işə başladığımızdan qrafikimiz çox gərgin olub. Yay dövründəki oyunumuzu 10 ballıq sistemlə qiymətləndirməli olsaydım, ən yüksək balı verərdim. Bir qədər daha yaxşı oynaya biləcəyimiz yeganə matç “Mançester Yunayted”lə qarşılaşma idi.
- Konkret olaraq Azərbaycanın hansı bölgəsini ziyarət etməyi planlaşdırırsınız?
- Artıq planlaşdırmışam və yer də bron etmişəm. Ancaq hara gedəcəyimi sizə deməyəcəyəm.
- Milli komandaların oyunları üçün yaranan fasilədən sonra, oktyabrın 9-da sizi “Neftçi” ilə çox vacib oyun, daha sonra isə Çempionlar Liqasında “Slaviya” (Praqa) ilə qarşılaşma gözləyir. Fasilə zamanı bu rəqibi də təhlil edəcəksiniz?
- Bəli, təkcə onları yox. Təqvimə baxsaq, əvvəlcə “Neftçi” ilə, sonra “Slaviya” və “Qəbələ” ilə, ardınca isə Dortmund “Borussiya”sı və “Qarabağ”la oynayacağıq. Çempionlar Liqasına xoş gəlmisiniz! Belə səviyyədə çıxış edirsənsə, bu cür ritmə tab gətirməlisən. Böyük klub olmaq və belə çağırışları qəbul etmək istəyiriksə, bu cür maneələri aşmalı və inkişaf etməliyik.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 Sentyabr 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















