Icma.az
close
up
RU
Bələdiyyə seçkiləri: Yeni azad, demokratik seçkilərə doğru

Bələdiyyə seçkiləri: Yeni azad, demokratik seçkilərə doğru

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Tahir Budaqov: “YAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılır”

Azərbaycanın nümunəvi, beynəlxalq standartlara söykənən azad, demokratik seçki ənənəsi mövcuddur. Bu ənənənin əsası isə Ulu Öndərimiz Heydər Əliyevin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra qoyulub. Müstəqil Azərbaycanımızın tarixində ilk azad, demokratik, xalqın iradəsinə əsaslanan seçkilər isə 1993-cü il oktyabrın 3-də keçirilib. Oktyabrın 3-də keçirilən prezident seçkilərində ölkə əhalisinin mütləq əksəriyyəti xalqımızın xilaskarı, dövlətimizin qurucusu Ulu Öndərimiz Heydər Əliyevə səs verməklə Onun Prezident seçilməsinə dəstək oldu. Azad, demokratik şəraitdə keçən prezident seçkiləri tariximizə ilk demokratik seçki olaraq düşdü. Sonrakı seçki proseslərində ənənə dəyişmədi, əksinə daha da təkmilləşdi və nümunəvi, heç bir qüsura, çatışmazlığa yol verilməyən seçki oldu. 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqımız Cənab İlham Əliyevə etimad göstərməklə Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin davam etdirilməsinə dəstək göstərdi. 2008-ci 15 oktyabr, 2013-cü il 9 oktyabr, 2018-ci il 11 aprel və nəhayət 2023-cü il oktyabrın 7-də keçirilən prezident seçkilərinin mütləq qalibi Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyev oldu. Azad və demokratik şəkildə baş tutan prezident seçkilərində xalq axın-axın seçki məntəqələrinə gedərək səsvermədə iştirak etdi və Qarabaği işğaldan azad edən Fateh Sərkərdəsinə minnətdarlıq borcunu yerinə yetirmək üçün Ona səs verdi. Bu sevincli günlərin davamı təbii ki, olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə geniş quruculuq abadlıq işləri fonunda insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. O yerlərə yeni nəfəs verilir. Doğma yurdlarına dönən insanlar işləyir, çalışır və bölgənin inkişafına öz töhfələrini verməyə çalışırlar.

Azad, demokratik seçkilərin tək qalibi

Ümumilikdə Azərbaycan öz dövlət müstəqilliyini elan etdiyi 18 oktyabr 1991-ci ildən ölkəmizdə 25 səsvermə, o cümlədən 19 seçki keçirilib. Son 33 ildə ölkədə 8 prezident, 7 parlament, 5 bələdiyyə seçkisi, həmçinin 6 referendum keçirilib. 2025-ci ilin ilk ayında daha bir seçki - bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılır. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) keçirilən iclasında məlumat verilib. Bildirilib ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib. İşğaldan azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə 118 saylı Ağdam - Xocalı, 120 saylı Cəbrayıl - Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa - Ağdam - Xocavənd, 125 saylı Zəngilan - Qubadlı seçki dairələri istisna olmaqla 118 seçki dairəsində təşkil olunacaq. MSK-dan verilən məlumata görə, bələdiyyə seçkiləri ilə bağlı seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi 2024-cü il dekabrın 25-dək başa çatdırılacaq. Bu “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nında öz əksini tapıb.Təqvim planına əsasən, seçicilərin qeydiyyatdan çıxma vəsiqələrinin hazırlanması və seçki komissiyalarına təqdim edilməsi isə dekabrın 15-dək yekunlaşacaq. Vəsiqələrin dairə seçki komissiyaları tərəfindən seçicilərə verilməsi prosesi isə 2025-ci il yanvarın 4-dək həyata keçiriləcək. Milli Məclisdə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” Qanun qəbul edildikdən sonra 3000-ə qədər əhalisi olan yaşayış məntəqəsində 1 bələdiyyə olması qərara alınıb. Bunla bələdiyyələrin sayı təxminən iki dəfə azaldılıb. MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. Məlumat üçün qeyd etmək lazımdır ki, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkiləri keçirilib. Sonrakı mərhələdə 2004, 2009, 2014 və 2019-cu illərdə təşkil edilmişdir. Hər bir seçki Seçki Məcəlləsinə və beynəxalq hüquq normaları əsasında təşkil edilib.

YAP seçkilərə gedərkən xalqa arxalanır

Birmənalı şəkildə demək olar ki, budəfəki bələdiyyə seçkiləri hüququn aliliyi qorunmaqla daha gərgin və rəqabət şəraitində keçəcək. Çünki bələdiyyələrin fəaliyyəti haqqında yeni qanunvericilik aktlarının, xüsusilə də Prezident İlham Əliyevin bələdiyyələr birləşməsi, bələdiyyə əraziləri və torpaqları barədə yeni və mükəmməl Sərəncamların imzalanması bələdiyyələrin işində iştirak edənlərin sayının artmasına təkan verib. Təbii ki, namizədlərin sayının çox olması seçkilərin təbliğat -təşviqat kampaniyasının gərgin keçəcəyindən xəbər verir. Nəzərə almaq lazımdır ki, bu günlərdə Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə edilmiş dəyişikliklərlə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən ölkə başçısı Nazirlər Kabinetinə tapşırıb ki, üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Sərəncamda qeyd olunur ki, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayaraq unun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Bələdiyyə seçkilərinə maraq çox yüksəkdir

Bələdiyyə seçkilərinə yüksək maraq həm də ondan irəli gəlir ki, insanlar ərazilərin inkişafında dövlətin dəstəyinə arxalanırlar. İnanırlar ki, irəli sürülən təşəbbüslər, təqdim olunan layihələr dövlət tərəfindən dəstəklənəcək. Bələdiyyələrin sayının azaldılması və fəaliyyətinin daha da güclənməsinə xidmət edən qanunların qəbulu bələdiyyələrə inamı artırıb. Yəni yuxarıda qeyd etdiyim kimi, bələdiyyə seçkiləri yüksək fəallıqla baş tutacaq. Təbii ki, budəfəki seçkilərində qalibi xalqın partiyası olan Yeni Azərbaycan Partiyası olacaq. Çünki xalqın seçimi yalnız Yeni Azərbaycan Partiyasıdır. Ona görə ki, xalq Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu və ölkə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına dərin hörmət və inam bəsləyir. Bu inam 21 noyabr 1992-ci ildə Dahi Öndərimiz Heydər Əliyevin müəllifliyi ilə YAP yarandığı dövrdən qoyulub. O dövrdən bu günə qədər inam və mövqe dəyişməyib. Söz yox ki, bu inam və etimad Azərbaycan dövləti var olduqca dəyişməz qalacaq. Bu baxımdan əminliklə demək olar ki, azad və demokratik şəraitdə baş tutacaq bələdiyyə seçkilərinin də qalibi Cənubi Qafqazın lider partiyası olan Yeni Azərbaycan partiyası olacaq. Artıq YAP böyük sürətlə seçkilərə hazırlığa başlayıb. Məsələ ilə bağlı dekabrın 2-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ilk olaraq “Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı” müzakirə edilərək təsdiq olunub. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanın daha bir mühüm ictimai-siyasi proses ərəfəsində olduğunu qeyd edib. “Məlum olduğu kimi, 2025-ci il yanvarın 29-da ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası indiyədək bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb və inamlı qələbələrə imza atıb. Xalqın etimadını layiqincə doğruldan YAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılır”, - deyən Tahir Budaqov bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsinin hər biri üzrə Yeni Azərbaycan Partiyasının öz namizədlərini irəli sürəcəyini diqqətə çatdırıb.

YAP-ın 19 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahı yaradılıb

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında gündəliyində olan digər məsələlər haqqında məlumat verilib. Sonra Yeni Azərbaycan Partiyasının 19 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub. İdarə Heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib. İclasda çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri – Arif Rəhimzadə, Hikmət Məmmədov, Mübariz Qurbanlı və Aynur Sofiyeva seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs ediblər.

İclasa yekun vuran YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərinin də mütəşəkkil həyata keçirilməsi üçün partiyanın bütün resurslarının cəlb olunacağına əminliyini ifadə edib və bu prosesdə iştirak edəcək partiya üzvlərinə müvəffəqiyyətlər arzulayıb.

Bütün görülən və həyata keçirilən işlər bir daha onu deməyə əsas verir ki, bələdiyyə seçkiləri yüksək seçici fəallığı baş tutacaq. Bununla müstəqil Azərbaycanımız bir daha dünyaya hüquqi, demokratik dövlət quruculuğuna və azad, şəffaf seçki keçirmək ənənəsinə sadiq olduğunu nümayiş etdirəcək.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see192

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see119

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see116

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see111

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see111

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see109

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see109

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see109

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Türkiyə bu halda hərbi gücə baş vuracaq Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu

18 İyul 2025 15:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri