Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Bələdiyyə seçkilərində Hacı Əliyev nəvəsinin , Təzəxan Məmmədov isə qızının namizədliyini irəli sürüb Ailə bələdiyyəsi ŞOK FAKTLAR Yeni Gündəm

Bələdiyyə seçkilərində Hacı Əliyev nəvəsinin , Təzəxan Məmmədov isə qızının namizədliyini irəli sürüb Ailə bələdiyyəsi ŞOK FAKTLAR Yeni Gündəm

Icma.az, Yenigundem saytına istinadən bildirir.

Özünü müxtəlif saytlarda təriflədən Səbail rayonu Badamdar qəsəbə Bələdiyyəsinin sədri Təzəxan Məmmədov bu il keçiriləcək bələdiyyə seçkilərində bir az narahatdır. Narahatlığına səbəb rayonda özünə namizədlər arasında bir neçə nəfərin olmasıdır. Narahatlığını özünün yaxın çevrəsinə bildirən bələdiyyə sədrinin işi  sözün əsl mənasında çətinə düşüb. Bu günə qədər adı müxtəlif qalmaqallarda hallanan qocaman bələdiyyəçi Səbail rayonunda uzun illərdir makler kimi tanınıb. Onu əvvəldən tanıyanlar yaxşı bilir ki , Təzəxan Məmmədov rayonda sözün əsl mənasında vaxtilə əməlli – başlı topraq satışıyla məşğul olub .Hələ bu azmış kimi satdığı torpaqların ev və obyekt tikilməsində də yaxından iştirak edib. 

Təzəxan Məmmədov haqqında internet resurslarında araşdırma aparanda diqqətimizdən yayınmayan bir çox faktlar var.  Bunlardan bir neçəsini oxucuların təkrar diqqətinə yetirmək istəyirik :

Yazılanlara əsaslanıb qeyd edə bilərik ki , Təzəxan Məmmədovun Səbail rayonunda  əsas güvəndiyi şəxs Səbail rayon icra başçısının birinci müavini Vüqar Şıxməmmədovdur. Bələdiyyə sədrinin əsas himayədarı kimi tanınan Şıxməmmədov üç ildir bu vəzifəyə təyin olunub və bu gün rayonun “qara kassası” kimi tanınır. Öz yaxınlarını Badamdar bələdiyyəsində və DOST xidmətinin sahələrində işə düzəldən müavin sədrlə birgə bələdiyyə büdcəsini tam ələ keçirib. Badamdarda şəhid baralyevlərinin mərmər adı ilə sənədləşdirilib, adi daşdan düzəldilməsi də bu prosesin tərkibidir. Məhz bu maxinasiyaların nəticəsidir ki, yeni il bayramında bələdiyyə işçilərinin maaşı verilməyib.

Bələdiyyə sədrinin torpaq alverinin öhdəsindən uğurla gəlməsinin nəticəsidir ki,  Səbail rayon icra başçısı Vüqar Zeynalov 2023-cü ilin avqustunda Təzəxan Məmmədovu Fəxri Fərmanla təltif etmişdir.Fərmanda Təzəxan Məmmədovun “rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə” təltif olunduğu bildirilir ki, bu da yanlış deyil. Çünki bələdiyyə sədri həqiqətən də rayonun ictimai həyatında aktiv iştirak edir ki, bu da özünü hər ay satılan və vəsaiti mənimsənilən hektarlarla torpağın timsalında aydın şəkildə göstərir.

Səbail rayonu , Badamdar qəsəbə sakinlərindən sorğu edib Təzəxan Məmmədov haqqında deyilənlərin təsdiqini tapmaq üçün sorğu apardıq. Tam səmimi şəkildə qeyd edək ki, Badamdar qəsəbəsində hər üç nəfərdən biri Təzəxan Məmmədovun adı heç də rayonun həyatında fəal iştirak etməsi ilə deyil , tam əksinə onun adı əsasən alqı – satqı və digər işlərdə halllanır.

Bu günlərdə əldə etdiyimiz digər bir məlumatı da məqalənin sonunda qeyd etməyi özümüzə borc bildik.  Redaksiyamıza məlumat verən mənbə bildirib ki, uzun illərdir  Badamdar bələdiyyəsinin zəbt edən Təzəxan Məmmədov kreslosunu əlindən vermək istəmir. Amma çamadanını da yığıb. Necə deyərlər tutar qatıq , tutmaz ayran.

Təzəxən Məmmədov əlində olan imkanlardan və qohumluq əlaqələrindən istifadə edib 29 yanvarda keçiriləcək bələdiyyə seçkilərində qızı Vahidova Nəzrin Təzəxan qızının da namizədliyini irəli sürüb. Səbail rayon icra hakimiyyətində çalışan Qalıb Vahidovla qohum olan Təzəxan Məmmədov görünür Səbail rayon icra hakimiyyətinin birinci müavini Vüqar Şixməmmədovdan sonra Qabil Vahidovla da qohumluq əlaqələrindən istifadə edib var gücüylə namizədlik verən qızının qələbə çalması üçün çalışır.

Bundan başqa Səbail bələdiyyəsini ailə məclisinə çevirən Hacı Əliyev və Təzəxan Məmmədov haqqında onu da qeyd edə bilərik ki , hər ikisinin yaxınları Vahidə Cəfərova və Hüseyn də namizəd kimi istədiklərini edirlər. Hacı Əliyevin bələdiyyə işçisi olan qardaşı oğlu Şahin, rayon vergisində rəis müavini postunu tutan bacanağı Fərhad müəllimin qızı Pərvin də seçki qalibi olacaqlarını indidən bilirlər.

Uzun illərdir Səbail rayon Bələdiyyəsinin sədri olan Haci Əliyev də nəvəsi Nurel Kərimin namizədliyini Səbail rayonu Badamdar qəsəbəsindən irəli sürüb. Onu da qeyd edək Hacı Əliyev uzun illər Səbail rayon bələdiyyəsinin sədridir və qeydiyyatı da sədr olduğu rayona aid deyil.

Ümid edirik , Hacı Əliyev və Təzəxan Məmmədovun Səbail rayonunda özbaşınalıqları bu il sona yetəcək.

Məqaləmizi ölkə başçısının məmurlar haqqında söylədiyi fikirlərlə tamamlagı özümüzə borc bilirik. Ümid edirik Hacı Əliyev və Təzəxan Məmmədov cənab prezidentin bu fikirləri ilə yenidən tanış olar.

Sitat :

“Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:

Mövzunu davam etdirəcəyik .

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 23 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri