Bələdiyyələr bu nazirliyin fəaliyyətinə mane oldu
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Keçən il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 103 inzibati xəta haqqında protokol tərtib edilib, məhkəmələrə göndərilib.
Axar.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"də öz əksini tapıb.
Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.
Protokollar İnzibati Xətalar Məcəlləsinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma maddəsi ilə bağlı olub.
Məruzəyə əsasən, həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrin icraatındadır.
Bildirilib ki, bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 10 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















