Beləsinin ağıl kitabı heç açılmayıb
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aparıcı Nigar Fərhadın efirdə “Atasız qızı oğluma almaram” sözlərini tənqid edənlər arasında Xalq artisti Faiq Ağayev də yer alıb.
Axşam.az xəbər verir ki, müğənni bu barədə sosial media hesabında payalşım edib.
"O boyda ədəbsiz həngamə qoparmaqdansa, de ki, "oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyi izn vermərəm". Yenə başadüşülən olar. Eynən "qızımı qadına hörmət etməyən oğlana vermərəm" fikri kimi. Əvəzində mağara düşüncəsi qoyur ortalığa.
Danışığını bilməyən uşağı öyüd-nəsihət verməklə düzəltmək olar, amma beləsinin ağıl kitabı nəinki bağlanıb, görünür, heç açılmayıb. Çox acınacaqlı haldır" deyə, F.Ağayev bildirib.
Qeyd edək ki, Audiovizual Şura aparıcının "Kanal S" televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında səsləndirilən fikirlərlə bağlı araşdırma aparılacağını açıqlayıb.
Baxış sayı:136
Bu xəbər 01 Aprel 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















