Icma.az
close
up
RU
Bəlkə kimsə möhtacdır, evində yoxdur... RƏY

Bəlkə kimsə möhtacdır, evində yoxdur... RƏY

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xanımların bayramqabağı görməmiş kimi müxtəlif şirniyyatların fotolarını paylaşması doğru deyil


 Həvva Məmmədova:  “Hazırlıq görsünlər, hər bir qadın evinin xanımı, sahibəsidir. Amma hər şeyi - nə yedik, nə yeyəcəyik, mənə filan hədiyyə verilib, deyə paylaşmaq doğru deyil”

Sabah ilin axır çərşənbəsidir. Qarşıdan da bayram günləri yetişməkdədi. Və xanımlarımız da hazırlıqlara başlayıb. Azərbaycan qadının Novruz hazırlıqları xüsusi olur, bu, bəlli. Hərçənd hazırkı dövrümüzdə ötən illərlə müqayisədə xeyli fərqliliklər var. Bahalıqdan başlamış, xanımlarımızın hazır məhsul əldə etmək istəyinə də daxil. Göz önündə olan fərqliliyin biri də xanımların özünü reklam etmək həvəsidir. Təkcə Novrus bayramını deyil, digər özəl, əlamətdar günləri qeyd edənlər mənzıldə bəzədilmiş masaları, süfrəyə düzdükləri hər cür nazü-neymətin fotosunu çəkib sosial şəbəkələrdə paylaşırlar: “bunu-onu” belə bişirdim, filan xörəyi hazırlamışam, gecə yatmayıb filan şirniyyatı bişirdim...” və sair. Bəylərimiz də xanımlardan geri qalmır. Hətta öndə gedirlər. İctimaiyyətdə tanınan şəxslər övladlarına aldıqları bahalı hədiyyələrin şəklini paylaşır. Bu şəxslər düşünmür ki ata-anasının hədiyyə ala bilmədiyi uşaqlar, bayram axşamında süfrə bəzəyə bilməyən, ocaqda qazanı qaynamayan ailələr var. Çoxmu vacibdir, bişirdiyiniz paxlavanın, şəkərburanın fotosunu şəkib sosial şəbəkədə paylaşmaq? Bunu öz ailəniz üçün eləmisinizsə, ailəniz bilir, zatən. Yeyəcəksiniz də nuş-canlıqla. Başqalarına göstərmək istəyi, həvəsi haradan qaynaqlanır bəs? İnsanın evincli anlarını dostları, yaxınlar, ictimaiyyətlə paylaşması müsbətdir. Belə deyilir: sevinc paylaşdıqca artır, kədər paylaşdıqca azalır. Amma bunu məhz maddiyyatı önə çəkməklə etmək məhz ictimai münasibətlər baxımından etik deyil.  Ola bilər, kimsə hesab edir ki şəkərbura, paxlava bişirmək hər qadının karı (“a” uzun səslənir) deyil, ona görə nümayiş etdirirlər. Amma burada da özündən razılıq, müştəbehlik əlaməti görünür. Sayğılı, diyarlı insan öyrətmək istəyəndir. Öyrətmək, necə hazırlandığını göstərmək, xanımları həvəsləndirmək yaxşıdır, amma maddi imkanları göz önünə sərmək özünü bəyənmişlik və meşşanlıq əlamətidir.  


Azərbaycan Prezidenti yanında Dövlətçilik və İdarəetmə Akademiyasının professoru Həvva Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, xalqımızın əsrlərdən bəri qorunaraq bu günümüzə qədər çatdırılan gözəl adət-ənənələri var: 


- Bu məsələ məni çoxdan narahat edir. Bayram günlərində dəbdəbəli masaların,  bişirilən təamların fotoları interneti bəzəyir. Çox görürəm bu cür paylaşımları və bu, məni narahat edir. Yəni, biz bu qədər duyarsız cəmiyyət olduq ki, şəxsi varımızla öyünürük?! Bunlar maddi çətinlik içində olanları düşünməyən, özünün imkanlarını reklam edən, özünü yüksək tutan insanlardır.  Axı biz belə xalq olmamışıq. Nənələrimiz bizə paylaşmağı, varı ilə öyünməməyi öyrədib. Biz qızıldan dəyərli adət və ənənələrimizi gələcək nəsillərə ötürməliyik. Bayramla bağlı paylaşım etmək lazımdır, amma necə, başqalarını yaralamamaq, aşağılamamaq, kədərləndirməmək şərtilə. Nəyə lazımdır müxtəlif şirniyyatların fotosunu paylaşmaq? Bəlkə kimsə buna möhtacdır, evində yoxdur, axı o insanlar bu əziz günlərdə ruhdan düşə, özünü əskilmiş hesab edə bilər. Bayramla bağlı paylaşım etmək istəyənlər üçün nə qədər gözəl təsvirlər var. İşğaldan azad edilmiş yurdlarımızda bayram tonqalları yanır, doğma yurduna qayıdan insanlar xonça bəzəyir, sevinir, şadlanır. Bu mənzərələri çəkib paylaşsınlar. Biz 30 il bu günün həsrəti ilə yaşadıq. Hər dəfə bayram günlərində “o gün olsun, bayramı öz elimizdə, obamızda qarşılayaq”  arzulayırdıq. İndi şükür Allaha, müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şücaətli ordumuz, şəhid balalarımız, qazilərimiz sayəsində torpaqlarımızı düşməndən azad etdi. Bu əziz günlərdə biz şəhidlrimizi, onların yadigarlarını yad etməliyik. Şəhid ailələri ziyarət olunmalı, ehtiyaclı ailələrə bayram sovqatları çatdırılmalıdır. Nənə-babalarımız bizə bunu tövsiyə edib, bayram süfrəsinə əyləşməmiş nənələrimiz əvvəlcə qonşuya bayram  payı aparardı, sonra gəlib evdəkilərə yemək çəkərdi. Biz bu cür ali keyfiyyətlərlə tərbiyə olunmuşuq. İndi bəzən xanlmlarımızın yersiz payalşımlarını görəndə çox təsirlənirəm və təəssüf hissi keçirirəm. Hazırlıq görsünlər, hər bir qadın evinin xanımı, sahibəsidir. Amma hər şeyi - nə yedik, nə yeyəcəyik, mənə filan hədiyyə verilib, deyə paylaşmaq doğru deyil.  Buna lüzum görmürəm. İnsan nə qədər təvazökar olsa, bir o qədər ucalar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Mart 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri