Icma.az
close
up
RU
Bəlkə məndən də soruşsaydız, Ayxan Abbasovun adını deyərdim

Bəlkə məndən də soruşsaydız, Ayxan Abbasovun adını deyərdim

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

"Zirə" Misli premyer-liqasının 28-ci tur matçında "Sabah"ın meydanında heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rışad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Gözlədiyimiz kimi çətin oyun alındı. İlk dəqiqələrdən hər iki komanda bir-birindən ehtiyat edirdi, böyük qüvvə ilə hücum etmirdi. Rəqibin vurduğu qola qədər qol epizodu yox idi. Uzaqdan zərbədən qol vuruldu. Sekidikanın zərbələri yaxşıdı. Fasilədə toparlanıb, daha böyük qüvvə ilə irəli atıldıq. Şükürlər olsun ki, qol vurduq. Qalan dəqiqələrdə bərabərsəviyyəli oyun oldu. Bəlkə də ədalətli nəticə heç-heçə idi.
- Qış fasiləsindən sonra müsbət yöndə davam edirsiz. İndi çempionatda fasilə yaranır. Bu fasilə sizə necə təsir edəcək?
- Bəzən uğurlu getdikdə, fasilə olmasını istəmirsən. Üçüncü dövrəni uğurlu keçirdik. Bilmirəm fasilə xeyrimizə, ya zərərimizə olacaq. Komanda yorğundu, bəzi futbolçularda bunu hiss etdik. Fasilədən səmərəli istifadə edəcəyik. Beşinci ildi ki, məşqçi işləyirəm. Həlledici dövrə 4-cüdü. Ən vacib mərhələ bizi gözləyir.
- İsmayıl İbrahimlinin milliyə dəvət edilməsi haqda nə deyəcəksiz?
- İsmayılın adına sevindim. Ümid edirəm ki, millidə möhkəmlənər.
- Salifu Sumanın adı son zamanlar xeyli klubla hallanır. Bunun onun performansına təsiri var?
- Bugünə qədər ona təsir etmirdi. Amma bugünkü oyundan danışırıqsa, açıq-aşkar görünürdü ki, "Sabah" Sumaya qarşı müəyyən tədbirlər görüb. Onun reydlərinin qarşısı alınırdı. İstəkli idi. Məncə, Sumada daha çox yorğunluq var idi. Əvəz olunmadan ən çox oynayan oyunçudu. Ruan və Qisməti də deyə bilərəm. Fasilənin onun üçün xeyri ola bilər.
- Millinin qarşıdakı iki oyunu haqda fikriniz necədi?
- Məşqçi üçün yaxşı fürsətdi. Burda nəticə o qədər də önəmli deyil. İnşallah, millimiz bu müddət ərzində səmərəli və faydalı zaman keçirəcək.
- Ayxan Abbasovun U-21 yığmasına baş məşqçi təyinatı ilə bağlı fikriniz necədi?
- Ayxanın adına və futbolumuz adına sevinirəm. AFFA doğru qərar verdi. Bəlkə məndən də soruşsaydız, Ayxan Abbasovun adını deyərdim. İki yerdə işləməyə gəlincə, Ayxan üçün müəyyən müsbət tərəfi var. "Şamaxı" avrokuboklara düşməyəcək. Qrafik sıx olmayacaq. Özü də enerjili, gənc məşqçidi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Mart 2025 04:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri