“Bəlkə sinifə qədər maşınla girəsiniz?” Ekspertdən sərt sözlər
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Məktəbin qapısı uşaqların təhlükəsiz addımladığı yer olmalıdır, maşın parkı nəticəsində yaranmış tıxac yeri yox”.
Avtosfer.az xəbər verir ki, bunu təhsil eksperti Kamran əsədov avtomobillərini məktəblərin önündə saxlayan valideyinlərə xitabən deyib.
“Valideynlər, avtomobilinizi məktəbin düz qarşısında saxlayaraq övladınıza sevgi göstərdiyinizi düşünürsünüz? Əslində, siz onların gözündə məsuliyyət anlayışını məhv edirsiniz! İmkan olsa, bəlkə də, sinifə qədər maşınla girərsiniz! Sevgi təkcə rahatlıq yaratmaq deyil, onları həyatda müstəqil addımlamağa öyrətməkdir. Maşını bir az kənarda saxla, övladınla birgə addımla, bu yolu həyat dərsinə çevir də. Müəllim təkcə dərs keçməyəcək ki? Sən də piyada gəl, ona nələrisə danış, öyrət də. Onsuz da bütün günü telefon əlinizdən düşmür, uşağınızdan uzaqsınız. Bəlkə də bu addımlar gələcəyin böyük insanını formalaşdıracaq” deyə ekspert sosial şəbəkə hesabında yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 Dekabr 2024 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















