Belucistan Azadlıq Ordusu Pakistanın BU ŞƏHƏRİNƏ nəzarəti ələ keçirdi KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Pakistanın Belucistan əyalətində fəaliyyət göstərən separatçı Belucistan Azadlıq Ordusu (BAO) Manqoçer şəhərinə hücum edərək bir sıra strateji obyektlərə nəzarəti ələ alıb.
KONKRET.az xəbər verir ki, Qeyri-rəsmi mənbələrin yaydığı məlumata görə, hücum nəticəsində şəhərdəki hərbi və inzibati binalar separatçıların əlinə keçib.
Bildirilir ki, hökumət qüvvələri bölgəyə göndərilsə də, BAO döyüşçüləri onların qarşısını pusqular vasitəsilə alaraq ciddi itkilər yetirib. Əldə olunan məlumata əsasən, separatçılar Kvetta ilə Kəraçini birləşdirən əsas nəqliyyat arteriyası sayılan N-25 avtomobil yolunun bir hissəsinə də nəzarəti təmin ediblər.
Həmçinin Manqoçerə giriş-çıxışı təmin edən Rəhimabad, Qari və Haziney nəzarət məntəqələrinin də BAO-nun əlinə keçdiyi qeyd olunur.
Hadisə ilə bağlı rəsmi Islamabad hələlik açıqlama yaymayıb. Ekspertlər baş verənləri Belucistan bölgəsində son illərin ən ciddi separatçı əməliyyatı kimi dəyərləndirir və qarşıdurmaların daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edirlər.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 May 2025 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















