Icma.az
close
up
RU
Ben Afflek Edrian Nyuinin “Aston Martin”dəki işi haqqında sənədli film çəkəcək

Ben Afflek Edrian Nyuinin “Aston Martin”dəki işi haqqında sənədli film çəkəcək

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əfsanəvi “Formula-1” konstruktoru Edrian Nyui, “Aston Martin”də keçirdiyi dövr haqqında sənədli filmdə rol almağa razılıq verib.

İdman.Biz bildirir ki, filmin prodüserləri Hollivud aktyoru Ben Afflek və üçqat dünya çempionu Ceki Stüartın oğlu Mark Stüart olacaq.

Bu ilin mart ayında “Aston Martin”ə texniki tərəfdaş kimi qoşulan Edrian Nyui, şərti olaraq “Turbulence: The Greatest Mind in Formula 1” adlanan sənədli layihədə baş qəhrəman olacaq.

“Mark Stüart sənədli film çəkmək üçün mənə müraciət edəndə çox sevindim, amma əvvəlcə qəbul edib-etməyəcəyimə əmin deyildim. Lakin, 2017-ci ildə avtobioqrafiyamın nəşrindən sonra kitabdan irəli gələn yarış avtomobili dizaynı və mühəndisliyinə maraq göstərən insanlardan çoxsaylı elektron poçtlar aldım. Ümid edirəm ki, bu film “Formula-1” avtomobili yaratmaq üçün tələb olunan ehtirası, iş axınını və zehni gücü əks etdirəcək”, - “Racing News 365” Nyuidən sitat gətirir.

Britaniyalı həmçinin qeyd edib ki, film 2026-cı ildə “Formula-1” qaydalarında əsaslı dəyişikliklərdən əvvəl yeni komandaya keçdikdən sonra üzləşdiyi çətinlikləri araşdıracaq.

“Bu, misli görünməmiş karyerası ambisiya və daimi yenidənqurma ilə dolu olan canlı əfsanənin hekayəsidir. Layihələrimizdə nümayiş etdirmək istədiyimiz bu dərin insani keyfiyyətlərdir”, - deyə öz şirkəti “Artists Equity” vasitəsilə prodüserlik edən Ben Afflek bildirib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:444
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Noyabr 2025 05:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri