Benfika UEFA nın qərarına görə bəyanat yaydı
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Portuqaliyanın “Benfika” klubu UEFA-nın Madrid “Real”ının yarımmüdafiəçisi Federiko Valverde ilə bağlı qərarından narazı qalıb.
QOL.az xəbər verir ki, Çempionlar Liqasının ilk pley-off matçında “Real”ın futbolçusu Federiko Valverde “Benfika”nın müdafiəçisi Samuel Dahla zərbə endirib. Nəticədə futbolçu gicgah nahiyəsindən tutaraq meydançaya yıxılıb. Oyunun baş hakimi Fransua Leteksye epizodda qayda pozuntusu qeydə almayıb və Valverdeni cəzalandırmayıb.
Bundan sonra “Benfika” məsələ ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlayıb və futbolçunun qırmızı vərəqə almalı olduğunu bildirib. Lakin qurum müraciəti rədd edib və insidentin əlavə araşdırmaya çıxarılmayacağını açıqlayıb.
Lissabon təmsilçisi isə buna etiraz edərək bəyanat yayıb. Bəyanatda qeyd olunub: “Benfika" Samuel Dala qarşı hücumu təsdiqləyən foto sübutlara baxmayaraq, UEFA-nın heç bir intizam tədbiri görməməsi ilə bağlı təəssüf hissi keçirir. Şübhə yoxdur ki, bu epizod qırmızı vərəqəyə layiq idi. Lakin şikayətimiz rədd edildiyi üçün əlavə sanksiyalar tətbiq olunmayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 24 Fevral 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















