UEFA Benfika nın futbolçusunu irqçiliyə görə cəzalandırdı
Icma.az bildirir, Unikal.az portalına istinadən.
UEFA-nın Etika, Nəzarət və İntizam Komitəsi "Benfika" futbol klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda "Real Madrid" klubuna qarşı keçiriləcək cavab matçından kənarlaşdırmaq barədə qərar qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə komitənin bəyanatında deyilir.
"Komitə UEFA-nın intizam reqlamentinin diskriminasiya xarakterli davranışla bağlı maddəsini pozduğuna görə Prestianninin UEFA-nın növbəti klub turniri matçında iştirakını qadağan etmək qərarına gəlib. Bu, hazırkı araşdırma başa çatdıqdan sonra UEFA-nın intizam orqanlarının qəbul edə biləcəyi hər hansı növbəti qərarlara təsir göstərmir. Bu məsələ ilə bağlı əlavə məlumat müvafiq vaxtda təqdim olunacaq", - deyə komitənin bəyanatında bildirilir.
Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Real Madrid" və "Benfika" arasında insident baş vermişdi. Həmin vaxt "kral klubu"nun vingeri Vinisius Junior Portuqaliya klubunun yarımmüdafiəçisi Canluka Prestiannini onu meymun adlandırmaqda ittiham etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 23 Fevral 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















