“Benfika”ya qarşı yaxşı oyun göstərməyə çalışacağıq“ Qurban Qurbanov
Icma.az bildirir, Moderator.az portalına istinadən.
“Hazırlıq istədiyim səviyyədə keçib deyə bilmərəm. Məlum səbəblərə görə komandanın bir yerdə məşqi olmadı. İki hissəyə bölünmüşdük - milli komandaya gedən futbolçular və burada qalanlar”.
Moderator.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Benfika” ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunu üçün Portuqaliyaya səfərdən öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
O, Premyer Liqanın IV turunda evdə “Zirə” ilə 1:1 heç-heçə etdikləri oyunda istədiklərini maksimum səviyyədə etməyə çalışdıqlarını bildirib: “Amma qarşımızda çox yaxşı bir kollektiv var idi. Məncə bu oyunun futbolçularımız üçün böyük faydası oldu. Birəbir mübarizəli oyun getdi. Ola bilər ki, bu bizə “Benfika” ilə oyunda faydalı olsun. Milli komandanın oyunçuları iki oyun oynayıb gəldikləri üçün çox yorulmuşdular deyə onlara tam istirahət verdik. Sabah daha bir məşqimiz olacaq. Yaxşı rəqibə qarşı yaxşı oyun göstərməyə çalışacağıq. Nəriman Axundzadadən başqa heyətimizdə hamı formadadır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 14 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















