Benin millisindən Argentinaya etiraz
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Argentina və Benin yığmaları arasında keçirilən yoldaşlıq görüşündən sonra baş verənlər meydan sahiblərinin etirazına səbəb olub.
QOL.az xəbər verir ki, Lionel Messinin Argentina millisində vida matçı kimi tarixə düşən qarşılaşmadan sonra Benin yığmasının baş məşqçisi Gernot Ror argentinalıların davranışından narazılığını ifadə edib.
Mütəxəssisin sözlərinə görə, Benin futbolçuları xüsusi olaraq forma dəyişmək və Messi ilə şəkil çəkdirmək üçün hazırlaşıblar. Lakin təhlükəsizlik əməkdaşları afrikalı futbolçuların Argentina millisinin paltardəyişmə otağına və hətta tribunaların altındakı tunelə daxil olmasına icazə verməyiblər. Benin tərəfinin ev sahiblərinə təqdim etdiyi ölkə bayrağının rənglərindəki buket də vəziyyəti dəyişməyib.
Ror bildirib ki, həmin axşam Benin nümayəndə heyətindən yalnız özü xatirə hədiyyəsi əldə edə bilib. Argentina millisinin baş məşqçisi Lionel Skaloni onun 2018-ci il dünya çempionatında istifadə olunan Messi formasını imzalatmasına kömək edib. Skaloni formanı paltardəyişmə otağına aparıb və təxminən yarım saat sonra Messinin imzası ilə geri qaytarıb.
Baxış sayı:71
Bu xəbər 08 Oktyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















