Benzin və dizel bahalaşdı, minik avtomobilləri ucuzlaşdı
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Bu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-qida məhsulları arasında ən çox zərgərlik məmulatları bahalaşıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında zərgərlik məmulatlarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz artıb. Bu, qeyri-qida məhsulları arasında qeydə alınan ən yüksək bahalaşma göstəricisidir.
Hesabat dövründə qiyməti ən çox artan digər məhsullar oyuncaqlar (6,3 faiz), şüşə məmulatları, yemək qabları və əşyaları (5,9 faiz), xalça və digər döşəmə örtükləri (5,6 faiz), parçalar (6 faiz), yanacaq məhsulları – benzin və dizel yanacağı (5,2 faiz) olub.
Dəftərxana və şəkil çəkmək üçün ləvazimatların qiyməti 4,6 faiz, evə qulluq üçün lazım olan məhsulların qiyməti 4,3 faiz, müalicə ləvazimatları və cihazlarının qiyməti 4,2 faiz, açıq havada idman, turizm və istirahət üçün əşyaların qiyməti isə 3,9 faiz artıb.
Qiymət artımının nisbətən aşağı olduğu məhsullar arasında dərmanlar (0,1 faiz), məlumatın işlənməsi üçün avadanlıqlar – fərdi kompüter, noutbuk və planşetlər (0,2 faiz) yer alıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ucuzlaşan qeyri-qida məhsulları arasında isə minik avtomobilləri fərqlənib. Belə ki, onların qiyməti 1,8 faiz azalıb. Məlumatın işlənməsi üçün avadanlıqların qiymətində də 0,2 faiz azalma qeydə alınıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Benzin və dizel bahalaşdı Təcili
30 Dekabr 2025 14:38
Benzin, dizel bahalaşdı Ermənistanda
28 Sentyabr 2026 12:26
Rusiyada benzin və dizel yenidən bahalaşdı
02 Mart 2026 12:40
Benzin və dizel Türkiyədə ucuzlaşdı Yeni qiymətlər
09 Aprel 2025 09:49
Neft ucuzlaşdı Dizel və benzin necə? Əhalinin NƏZƏRİNƏ
30 Yanvar 2025 20:31
Baxış sayı:168
Bu xəbər 18 Oktyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















